İş adamları həbsdən azad edildi

12:12 30-05-2018 | icon 131 | Hadisə
İş adamları həbsdən azad edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və fəaliyyəti ləğv edilmiş "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Versus.Az xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə hər iki şəxsin cinayəti sübuta yetirilmədiyi üçün onlara bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satıb, bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.

Amma şəbəkənin işi alınmadığından R.Cəfərquliyev aldığı pulları geri qaytara bilməyib. R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ