Yarasalarda 1500 yeni koronavirus növü aşkarlanıb - FOTO

09:16 20-05-2020 | icon 215 | Maraqlı
Yarasalarda 1500 yeni koronavirus növü aşkarlanıb - FOTO

Çinin Uhan şəhərinin Virusologiya İnstitutunda yarasalarda gələcəkdə pandemiyaya yol aça biləcək 1500 yeni koronavirus növü aşkarlanıb.

 

Versus.az xəbər verir ki, bu barədə “The Big Picture Science” proqramında bildirilib. 

 

Qeyd olunub ki, yarasalardan toplanan 15 min nümunə analiz edilib, onların 10 faizində koronavirusun yeni təhlükəli növləri öyrənilib.  

 

Laboratoriya analizlərindən bu nəticəyə gəlinib ki, bu viruslardan bəziləri insana yoluxmasa da, bəziləri yoluxa bilər və hazırda tədqiqatlar davam edir.

 

Alimlər yarasa yuvaları olan mağaralara yaxın kənd sakinlərindən qan nümunələr götürüblər.  Analizlərdən məlum olub ki, yeni növ koronavirusun mənbəyi Uhan sakinlərindən öncə bu kənd sakinlərində aşkarlanıb. Lakin onların qanlarında koronavirusa yoluxub, sağaldıqdan sonra yaranan antikor deyilən qoruyucu maddəyə də rast gəlinib. 

 

Alimlər qanlarında minlərlə təhlükəli virüs daşıyan kəndliləri “saatlı bomba” adlandırıblar. 

 

Qeyd edək ki, indiyədək elmə koronavirusların SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla, 3 növünün pandemiyaya səbəb olduğu məlumdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"