“Dünyanın Zeynəbi”nin ölüm xəbəri yalan çıxdı 

13:33 20-05-2020 | icon 391 | Mədəniyyət
“Dünyanın Zeynəbi”nin ölüm xəbəri yalan çıxdı 

Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın ölüm xəbəri yayıldı. Daha sonra məlum olub ki, sözügedən məlumat yalandır. 

Versus.az xəbər verir ki, xalq artisti yayılan xəbərlərə münasibət bildirməsə də, onun oğlu Ramin Babayev APA-ya açıqlamasında deyib ki, Zeynəb Xanlarovanın səhhəti qaydasındadır və heç bir problem yoxdur: “

"Anam Bakıda evdədir. Allaha şükür, səhhəti də yaxşıdır. Bu xəbərlər yalandır”

Onu da qeyd edək ki, zaman-zaman sosial şəbəkələrdə tanınmış simaların ölüm xəbəri yayılır. Bu, bir çoxları üçün adi hala çevrilsə də, həmin şəxslərin ailə üzvlərini və yaxınlarını təşvişə salır.

Bəs, “Dünyanın Zeynəbi” kimi tanıdığımız Zeynəb Xanlarova Azərbaycan mədəniyyəti üçün kimdir? 

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan ol. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 

Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını canlandırıb. 

Xalq artistinin repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və s.) və Şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Onun haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib.

Azərbaycan SSR Ali Sovetinin (XI və XII çağırış), Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.

Sosial şəbəkələr populyarlaşdıqca, xəbər saytlarının sayı artdıqca həqiqəti əks etdirməyən xəbərlərin də sayı artır. Bu cür xəbərlər əsasən reytinq əldə etmək üçün tirajlanır. Heç bir tədbir görülmədiyi üçün isə tirajlanmaqda davam edir.

Bir adamın ölüm xəbərini yalandan yaymaq cinayət əməli sayılırmı, bunun cəzası varmı?

Hüquqşünas Ruslan Əhmədoğlu açıqlamasında bildirib ki, yalan məlumatlar yayan şəxslər bu əmələ görə kompensasiya ödəyə bilər: “Qanunvericiliyə əsasən bunu iki formada etmək olar: biri xüsusi ittiham qaydasında, digəri iddia icraatında... Xüsusi ittiham qaydası məhkəmə təcrübəsində geniş istifadə olunmur və deyərdim ki, effektiv deyil. İddia icraat qaydasında isə həqiqətə uyğun olmayan məlumatların yayılması ilə bağlı məhkəmədə iddia qaldırmaq olar. Belə işlərdə adətən, linqvistik ekspertiza təyin edilir və ekspertizanın rəyi əsas götürülür. Yalan məlumatların yayılmasına görə kompensasiya tutulması mümkündür. Lakin böyük məbləğdə kompensasiya tutulması məhkəmə təcrübəsində formalaşmayıb”. 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub