"Erməni həyasızlığı qırmızı xətti keçib"

17:29 20-05-2020 | icon 187 | Siyasət
"Erməni həyasızlığı qırmızı xətti keçib"

Hafiz Hacıyev: "Paşinyanın gəldiyi yerlərin hamısı bombalanmalıdır"

 

Xəbər verdiyimiz kimi sabah Qondarma Dağlıq Qarabağ Respublikasının “prezident” seçilən Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. 

 
 
Versus.Az-ın məlumatına görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, ermənilərin bu həyasızlıqlarının qarşısını hökmən almalı və torpaqlarımızı işğaldan azad etməliyik.
 
 

"Paşinyan öz həyasızlığını davam etdirir"

 
 
Partiya sədri vurğulayıb ki, ermənilərin bu cür həyasızlığı bir daha təsdiq edir ki, onlar dünyada heç bir qanuna tabe olmaq istəmirlər:
 
"Ermənilər düşünməlidirlər ki, onların bu gün yaşadıqları İrəvan şəhəri də Azərbaycanın olub. Biz çox yaxın müddətdə o yerlərə qayıdacağıq. Ermənilərin həyasızlığının həddi artıq qırmızı xətti keçib. Düşünürəm ki, Azərbaycanın kifayət qədər güclü ordusu, hərbi imkanları var. Paşinyan artıq saymamazlıq edir və düşünürdük ki, o, hakimiyyətə gələndən sonra Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacaq, terrorçularını torpaqlarımızdan çıxaracaq. Amma çox təəssüflər olsun ki, o, həm dünya ictimaiyyətinə, həm də BMT-nin dörd qətnaməsinə hörmətsizlik edərək öz həyasızlığını davam etdirir. Biz buna dözə bilmərik, bu bizə qarşı çox böyük təhqirdir, namusumuza toxunmaq kimi bir şeydir".
 
 
H.Hacıyev bildirib ki, Ali Baş Komandanın və ordumuzun iradəsiylə torpaqlarımızı işğaldan azad etməliyik:
 
"Azərbaycanın torpağında, Şuşada, Xankəndinə açlaqlıq edib saxta bir seçkinin inauqurasiyasını keçirmək bizim üçün təhqirdir. Düşünürəm ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq onun ətrafında birləşməli, onun tapşırıqlarına hər birimiz hazır olmalıyıq. Paşinyana arvadıyla Şuşada yallı getməsinin cavabını verməliyik. Bizim güclü qırıcılarımız var, ölkə başçısı bu istiqamətdə xeyli işlər görüb və biz istənilən anda Dağlıq Qrabağda terror əməliyyatı keçirə bilərik. Həmçinin orda məcburi məskunlaşdırılan məzlum erməni sakinlərin də canını bu paşinyan kimi quldurlardan xilas edərək. Paşinyanın gəldiyi yerlərin hamısı bombalanmalıdır".
 
 

"Erməni dığalarının bu həyasızlığına son qoyulmalıdır"

 
 
Ermənilər də Azərbaycan torpağına qanunsuz ayaq basmalarının vaxtının bitdiyini bilməsini vacib sayan MMP sədri vurğulayıb ki, bu barədə ciddi düşünmək lazımdır:
 
"Buna gecədən start verməliyik, xalq olaraq Ali Baş Komandanın yanındayıq, onun atacağı addımlarda hər birimiz şəhid olmağa hazırıq. Düşünürəm ki, bu namussuzluğu, qeyrətsizliyi üstümüzdən atmalıyıq. Dözmək olar, amma torpaq işğalına, namusa yox. Erməni dığalarının bu həyasızlığına son qoyulmalıdır. Dünya ictimiayyətinin nə düşünməsindən asılı olmayaraq, biz Azərbaycan xalqının maraqlarına xidmət etməliyik. Ölkə başçısı koronavirus pandemiyasına görə xalq üçün əlindən nə gəldisə, hamısını etdi. İndi də xalq üçün əlindən gələni etməyə hazırdır. Biz ölkə olaraq cənab prezidentin əmrlərinə tabe olub torpaqlarımızı işğaldan azad etməliyik”. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi