“Paşinyanın Rəsulzadəyə böhtan atması...”

18:17 20-05-2020 | icon 152 | Siyasət
“Paşinyanın Rəsulzadəyə böhtan atması...”

 

“Babasının faşist ordusunda xidmət etməsi faktının üzə çıxması ilə ifşa olunan və Qaregin Njde kimi erməni nasistini dünyaya qəhrəman kimi təqdim edən Nikol Paşinyanın Azərbaycan Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadəyə böhtan atması, onu Hitler Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi gözlənilən idi”.

 

Bunu Versus.az-a DADP sədri Əlisahib Hüseynov  faşist Paşinyanın Azərbaycan Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadəyə böhtan ataraq, onu Hitler Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi ilə bağlı məsələ ilə bağlı açıqlamasında bildirib.

 

Partiya sədri bildirib ki, bu iftira ona faşizmə rəğbətini ört-basdır etmək üçün və Njdenin ünvanına yağdırdığı təriflərə haqq qazandırmaq üçün lazım idi.

 

Bu ittiham həm də eyni zamanda Münhen Sülh konfransında İlham Əliyevlə məlum debatda məhz tarix mövzusunda biabırçı şəkildə uduzmasının qisasını almaq, heyfini çıxmaq məqsədini güdürdü. Lakin Paşinyan necə deyərlər, qaş qayırmaq istədiyi yerdə, vurub gözünü də çıxardı. Çünki Paşinyanın əsassız və arqumentsiz şəkildə Rəsulzadəyə böhtan atması onun tarix məsələlərində nə dərəcədə diletant və dayaz bir insan olduğunu üzə çıxardı.

 Rəsulzadəni nasizmə xidmətdə ittiham etmək onu Hitlerə sədaqətini göstərmək məqsədilə kütləvi qırğınlar törətmiş Qaregin Njde ilə eyniləşdirmək deməkdir. Bu isə ancaq xəstə təxəyyülə malik şəxslərin ağlına gələ bilər. Paşinyan da məhz belələrindəndir. Onun eyni zamanda bir neçə psixoloji pozuntulardan, o cümlədən şizofreniyadan əziyyət çəkməsinə artıq heç kim şübhə etmir. Bu adamın populist açıqlamaları həm erməni ictimaiyyətində, həm də Azərbaycanda gülüş doğurur. Tərslikdən onun komandasında adekvat bir şəxs, müstəqil mövqeyə malik bir məsləhətçi də yoxdur ki, Paşinyanı tarixə bu cür qeyri-peşəkar ekskurslar etməkdən çəkindirsin. Mən əminəm ki, Paşinyanın tarixə bu cür yarımçıq, diletant səviyyədə müraciətləri bundan sonra da hələ bir müddət davam edəcək.

Misal üçün, Paşinyan növbəti çıxışlarından birində Nəriman Nərimanovu "asıb kəssə", mən buna heç də təəccüblənmərəm. Çünki ruhi xəstə durumunda olan Paşinyandan artıq hər cür sarsaqlığı gözləmək olar. Amma ona da təəccüblənirəm ki, "Milli Şura"nın başında duran Əli Kərimli-Cəmil Həsənli-Gültəkin Hacıbəyli "triosu" Paşinyanın Rəsulzadə barədə səsləndirdiyi böhtanlara nə üçün heç bir reaksiya vermədilər. Axı onlar indiyə qədər hər fürsətdə özlərini Rəsulzadə yolunun davamçısı kimi təqdim ediblər. Bu şəxslər bəs indi nədən öz ideoloji, mənəvi liderlərinə qarşı düşmən ölkənin "demokrat" rəhbəri tərəfindən edilmiş bu sayğısızlığın qarşısında susurlar? Nəsə olduqca sirli bir susqunluqdur".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb