“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

18:52 20-05-2020 | icon 1275 | Siyasət
“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

"Ola bilər Elçibəy hakimiyyəti dönəmində ona olan münasibətdən narazı qalıb"

 

Bir vaxtlar Azərbaycanın baş naziri olmuş Surət Hüseynov xaricdə fəaliyyət göstərən internet televiziyalarından birinə müsahibə deyib ki, Elçibəyin hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin onun qədər rolu olmayıb.

 

Versus.Az xəbər verir ki, S.Hüseynov açıqlamasında deyib:

 

“Kimə hörmət edirsən, ayağı yer tutan kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində mövqeyimi ortaya qoydum və ”Prezident Elçibəy olacaq” dedim. Hamı da bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə apararsız. Yəni mən Etibar Məmmədova “yox” dedim, Elçibəyin prezident seçilməsinə nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma sonradan mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya qoydular”.

 

Surət Hüseynovun bu açıqlamasına Elçibəy hakimiyyətində təmsil olunan və həmin vaxt AXC-də mühüm postlar tutan şəxslərin münasibətini öyrəndik.

 

 

Bu adam Azərbaycan cəmiyyətinin inkişafına hansı səviyyədə ziyan vurduğunun hələ də fərqində deyil”

 

Millət vəkili Fazil Mustafa açıqlamasında bildirib ki, sabiq baş nazirin danışdıqlarında həqiqət payı azdır:

“Deyə bilər ki, mənim həmin prosesə dəstəyim olub. Elçibəyi hakimiyyətə mən gətirdim demək isə cahillikdir. Fikirini ifadə edə bilməməyin göstəricisidir. Elçibəyi hakimiyyətə Surət gətiribsə, o böyüklükdə olan AXC və ya Elçibəyi sevən sadə xalq hardaydı? Bəs Naxçıvanda və ya digər yerlərdə Elçibəyə kimlər səs verib, onları da Surət Hüseynov təşkil edib? Surət Hüseynov həmin dönəmdə cəmiyyətdə geniş tanınmırdı. Yalnız qaldırdığı qiyamdan sonra bir az məşhurlaşdı. Daha cilalanmış bir söz işlədə bilərdi. Desəydi ki, dəstəyi olub, bunu anlayıb normal yanaşmaq olardı. Onun bundan əvvəl də müsahibələri olub və belə naşı fikirlər işlədib. Hər dəfə də belə mövqeyinə görə qınağa tuş gəlib. Ola bilər ki, Elçibəy hakimiyyəti dönəmində ona olan münasibətdən narazı qalıb. Amma ondan sonrakı dönəmdə Surətə münasibət cəbhəçilərdən daha sərt oldu. Görünür, onun yaddaşının həmin hissəsinin “platası” sıradan çıxıb. Bu adam Azərbaycan cəmiyyətinin inkişafına hansı səviyyədə ziyan vurduğunun hələ də fərqində deyil”.

 

 

“Qeyri-ciddi persona olduğu üçün onun barəsində ətraflı danışmaq istəmirəm”

 

Elçibəy komandasının önəmli isimlərindən olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də açıqlamasında Surət Hüseynovun düz danışmadığını bildirib:

“Mən həmin müsahibə ilə tanışam. Təəssüf edirəm ki, yenə köhnəlmiş fikirlərin ətrafında fırlanır. Surət özünü hərəkatçı kimi təqdim edir. O, hərəkatın iştirakçısı olmayıb. Mən Xalq Cəbhəsini təsis edən 64 nəfərdən biriyəm. Hətta Elçibəyin ətrafındakı ilk 7-liyin kimlərdən ibarət olduğunu da dəqiq bilirəm. O vaxt bizim digər müstəqil təşkilatlarla da əlaqələrimiz olub. Bura “Cənlibel”i, “Varlığ”ı aid edə bilərəm. Həmin vaxt mən Surət Hüseynov adına rast gəlməmişəm. Təsadüfi bir adamdır. Arif Hacıyevin təqdimatı ilə AXC hakimiyyəti dönəmində korpus komandiri də oldu. Mən Surətin ən güclü vaxtında ona sözümü demişəm. Tamamilə qeyri-ciddi persona olduğu üçün onun barəsində ətraflı danışmaq istəmirəm. Danışdıqlarına da özündən başqa inanan yoxdur”. /“Bakı-Xəbər”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?