Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsinə başlanacaq

19:05 20-05-2020 | icon 361 | Cəmiyyət
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsinə başlanacaq

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək. 

 

Versus.Az xəbər verir ki, nazirliyin məlumatına görə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 2020-ci il üzrə avtomobillə təminatı işlərinə də yaxın günlərdə başlanacaq. Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.

 

Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600 mənzil və fərdi ev, müharibə əlillərinə 6750  avtomobil verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

Cəbhədə gərginlik

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"