BƏYANAT - ATƏT-in Minsk Qrupu Azərbaycan xalqında hiddət yaradır

11:06 21-05-2020 | icon 145 | Siyasət
BƏYANAT - ATƏT-in Minsk Qrupu Azərbaycan xalqında hiddət yaradır

"Bu dəfə diplomatlar yox, Azərbaycan ordusu sözünü deməlidir"

 

Azərbaycan Liberal Demokrat Partiyası ATƏT-in fəaliyyəti ilə bağlı bəyanat yayıb.

 

Bu barədə Versus.Az-a ALDP-nin Mətbuat Xidmətindən bildirilib.

 

Bəyatanda deyilir:

Azərbaycanın tarixi torpaqlarında yaradılmış qondarma Ermənistan dövləti xarici havadarlarının iştirakı ilə Azərbaycanın ərazilərini, Dağlıq Qarabağı işğal edib. Orda yaşayan azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla yüzlərlə dinc mülki əhali erməni şovinistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, minlərlə insan əsir və girov götürülmüşdur.

 

Erməni separatçıları 27 ilə yaxın “Sülh danışıqlarından” istifadə edərək qondarma “Respublikasında” mütamadi olaraq seçkilər keçirirlər. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri, eləcə də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi Qətnamələrlə, ermənilərin qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsi tələb edildiyinə baxmayaraq, erməni separatçıları buna məhəl qoymayıb.

 

Tanınmamış qondarma “DQR”-də keçirilən “seçkilər” bütün beynəlxalq normalara ziddir.

 

Bu gün mayın 21-də Azərbaycanın qədim Şuşa qalasında qondarma “Dağlıq Qarabağ Respublikası "prezident"inin inauqurasiya mərasiminin keçirməsi planlaşdırılıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin susqunluğunu görərək Ermənistanın baş nazirin iştirakı da nəzərdə tutulub.

 

ALDP hesab edir ki, ATƏT-in Minsk qrupun və bəzi beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili standartların mövcudluğu Azərbaycan xalqında hiddət yaradır.

 

ALDP hesab edir ki, Azərbaycan “Sülh danışıqlarından” imtina etməlidir və işğal olan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyata başlanmalıdır.

 

Torpaqlarımızın işğaldan azad olunmasında ALDP dövlətimizin yanındadır. Bəyan edirik ki, artıq danışıqlara son qoyulmalı və silaha əl atılmağın vaxtıdır.

 

Bu dəfə diplomatlar yox, Azərbaycan ordusu sözünü deməlidir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir