Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilində

11:29 22-05-2020 | icon 143 | Ədəbiyyat
Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilində

Bu il Azərbaycan ədəbiyyatında lirik şeirin, qəzəlin böyük ustadı olan Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılıb.

 

Versus.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Azərbaycan klassik musiqi sənəti tarixində müstəsna möveyə malik, XIX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan, Füzuli ədəbi məktəbinin ən layiqli davamçısı, böyük şair Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilinə tərcümə edilib.

 

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, xüsusiilə Özbəkistanda böyük maraqla qarşılanır.

 

Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarət qəzəllərdir. Bu səbəbdən də şairin əsasən qəzəlləri Özbək dilinə çevrilmişdir. İlkin olaraq şairin 233 qəzəli özbək dilinə çevrilmiş və bu tərcümə layihəsini isə tanınmış Özbək alim, tərcüməçi-şair Tahir Qahhar tərəfindən həyata keçirilib. Bu il sözügedən qəzəllərin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə nəşri nəzərdə tutulub.

 

Qeyd ədək ki, Tahir Qahhar Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və Hüseyn Cavidin əsərlərini özbək dilinə tərcümə edib. 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvani haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb, Azərbaycan və rus dillərində bölmələr yenidən işlənərək zənginləşdirilib.

 

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi bu il dahi şairin 185 illik yubileyi münasibəti ilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı Beynəlxalq elmi konfransın keçirilməsini planlaşdırıb. Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə baş tutacaq bu konfransda Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvaninin həm ədəbiyyat tariximizdə realist şair kimi yaradıcılığı, həm də maarifçilik və mədəniyyət xadimi kimi əsərlərinə dair maraqlı məruzələr təqdim ediləcəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"