“Sikkə və dövlətçilik” və “Qafqaz pulları” - KİTAB TƏQDİMATI

15:10 30-05-2018 | icon 277 | Ədəbiyyat
“Sikkə və dövlətçilik” və “Qafqaz pulları” - KİTAB TƏQDİMATI

Dünya Numazmatika elminin görkəmli nümayəndələrindən biri olan professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” və “Qafqaz pulları” adlı iki kitabının təqdimatı keçirildi.

 

Versus.Az-ın məlumatına görə, təqdimat mərasimini AMEA vise-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Əli Rəcəblinin dünya numizmatikasında nadir tapıntı olduğunu qeyd edib.

Əli Rəcəblinin tədqiqatları Azərbaycan numizmatikasına böyük töhfələr verib. Son iki ildə isə professor Əli Rəcəblinin beş kitabı işıq üzü görüb. “Qafqaz pulları” kitab-albom AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun və qismən Milli Gürcüstan Dövlət Muzeyinin materialları əsasında hazırlanıb. Kitab azərbaycan, rus və ingilis dillərində dərc olunub.

“Sikkə və dövlətçilik” kitabında isə ilk dəfə olaraq numizmatik faktlar dövlətşünaslıq tarixinin ayrılmaz sahəsi olan dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilib, dövlətçiliyin konsepsual-nəzəri əsaslarına və funksional mahiyyətinə xüsusi diqqət yetirilib. Bu kitab Azərbaycan və rus dillərində çap olunub.

 

Hər iki kitab tarixçilər, tələbələr və numizmatika ilə maraqlananlar üçün nəzərdə tutulub. Kitabların elmi redaktoru akademik Nailə Vəlixanlıdır.

 

Təqdimatda akademik Nailə Vəlixanlı, Nərgiz Axundova, professorlar Nərgiz Əliyeva və İradə Hüseynova da çıxış edərək, professor Əli Rəcəblinin böyük işlərindən danışıb, onun Azərbaycan tarixi elmində olan vacib rolunu qeyd ediblər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS