Məktəbdə direktor olmaq istəyirsiz?

15:43 31-05-2018 | icon 112 | Təhsil
Məktəbdə direktor olmaq istəyirsiz?

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə start verilib.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, müsahibənin nəticəsinə əsasən Bakı şəhəri üzrə vakant direktor vəzifəsinə namizədlər müəyyənləşəcək.

 

Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edilib.

 

Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində (Bakı şəhərində yerləşən) olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edib.

 

2014-cü ildən keçirilməyə başlanılan təlimlərin məqsədi müasir idarəetmə keyfiyyətlərinə malik, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarının bilik və bacarıqlarını təkmilləşdirməkdir.

Təlim iştirakçılarının yekun qiymətləndirməsindən sonra müvafiq bal toplamış şəxslər müsahibə mərhələsinə dəvət olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS