DADP sədri Azərbaycan xalqını təbrik etdi

14:39 23-05-2020 | icon 987 | Gündəm
DADP sədri Azərbaycan xalqını təbrik etdi

Əlisahib Hüseynov: "Ramazan bayramının gözəllikləri bütün insanlarımıza nəsib olsun"

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi.

 
 
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
 
 
"Əziz soydaşlar!
 
Sizi Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm.
 
Ramazan bayramı artıq çoxdan Azərbaycanın tarixi və milli bayramlarından birinə çevrilib. Bu bayram hər bir azərbaycanlı üçün əzizdir, dəyərlidir. Hər bir azərbaycanlı bu müqəddəs ayda və bu bayramda öz keçmiş ailə ənənələrini görür, öz ruhunu yenidən kəşf edir, öz nəfsinə hakim olmaq iradəsini qazanır, öz fitrətindəki iman, insaf, paklıq, mərhəmət, həmrəylik, xeyirxahlıq, dostluq, vətənpərvərlik kimi nəcib keyfiyyətləri inkişaf etdirmək imkanı qazanır.
 
 
Ramazan ayı həm də vəhdət ayıdır, birlik-bərabərlik imtahanıdır. Bu ay bütün insanları bir araya gətirir və onlara həmrəy olmağı, bütün yaxşılıqları bölüşməyi, öz nəslindən, öz elindən, öz millətindən olan insanlara sevgi ilə yanaşmağı, bir-birinin qayğısına qalmağı öyrədir, aşılayır. Bir sözlə, bu ay hamımızı birmənalı olaraq müsbət əməllərə dəvət edir və Ramazan bayramı gözəlliklərə vəsilə olur. Ruhumuz işıqlanır, qəlblərimiz fərəh hissi ilə dolur. Bir insan kimi Tanrı və millət qarşısında vəzifələrimizi, missiyamızı daha da aydın şəkildə dərk edirik, işğal altında olan Qarabağımızın düşmən tapdağından azad edilməsinin məsuliyyəti bizi toparlanmağa kökləyir. Eşqlə və təfəkkürlə oruc tutan hər bir azərbaycanlı Vətəni və Dövləti üçün inamlı, iradəli, mübariz əsgərə çevrilir.
 
 
Mən Ramazan bayramının gözəlliklərinin bütün insanlarımıza nəsib olmağını diləyirəm və ölkə başçısından tutmuş əsgər və zabitlərimizə qədər, pandemiya şəraitində fədakarlıq göstərən həkim və müəllimlərimizə qədər, hər kəsi bu əziz bayramımız münasibətilə təbrik edirəm. Qoy Allah hər bir azərbaycanlıya sevinc bəxş etsin.
 
Ramazan bayramınız mübarək olsun!"
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"