Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək

16:19 31-05-2018 | icon 102 | Mədəniyyət
Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək

Bakıda iyunun 4-7-də Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.

 

Müsabiqənin seçim turları iyunun 4-7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. İyunun 4-6-da müsabiqənin I və II turları, iyunun 7-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.

 

SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19:00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ