"Ağ Ev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşür"

16:02 03-06-2018 | icon 171 | Siyasət
"Ağ Ev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşür"

"ABŞ-ın iki ermənipərəst konqresmeninin Azərbaycana qarşı fikirləri Birləşmiş Ştatların Prezidenti Donald Trampın mövqeyinə heç cür təsir edə bilməz".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Millət vəkili bildirib ki, ABŞ "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini bilir və bu layihənin Amerika üçün də əlverişli olduğunu düşünür:

 

"Cənub Qaz Dəhlizi" qlobal bir layihədir və dünyanın enerji xəritəsini dəyişir. Ona görə də Donald Tramp Prezident İlham Əliyevə məktubunda Türkiyə və Avropanın qaz təchizatında Azərbaycanın mühüm rolunu qeyd edib və Azərbaycan-ABŞ əməkdaşlığının davam etdirilməsini vurğulayıb. Bu isə təbii ki, ermənipərəst konqresmenləri razı sala bilməz. Çünki onlar həmişə Ermənistanı himayələrində saxlayırlar. Məhz həmin konqresmenlərin səyi nəticəsində dünyanın Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayan vaxtlarda Amerika 907-ci düzəlişi qəbul etmişdi və guya Azərbaycanın Ermənistanı blokadada saxladığını bildirmişdilər".

 

T.Kərimli hesab edir ki, konqresdə ABŞ Prezidentinin mövqeyinə qarşı çıxanlar olsa da, Ağ Ev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşür:

 

"Trampın Azərbaycanla əməkdaşlığa müsbət yanaşdığı məlumdur. Ona görə də iki ermənipərəst konqresmenin fikirləri ABŞ Prezidentinin fikrini dəyişə bilməz. Azərbaycan da öz haqqından heç vaxt vaz keçən deyil və heç vaxt Ermənistana nə dəhliz açandır, nə də neft, qaz kəmərlərinin, dəmir yolu və avtomobil yollarının Ermənistandan keçməsinə razılıq verəndir. Həmin ermənipərəst konqresmenlər özləri də yaxşı bilirlər ki, Azərbaycana təzyiq etmək mümkün deyil. Sadəcə onlar erməni lobbisindən faydalandıqları üçün bu cür fikirlər irəli sürürlər. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi"nin açılışı Azərbaycan və ABŞ prezidentlərinin gələcəkdə də qlobal məsələlərdə razılığa gəlməsinə yol açır. Ümumiyyətlə, ABŞ ilə münasibətlərin normal olması arzuolunandır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS