ALDP-nin 20 illiyi ilə bağlı tədbirlər proqramı müzakirə olunub

12:42 04-06-2018 | icon 238 | Siyasət
ALDP-nin 20 illiyi ilə bağlı tədbirlər proqramı müzakirə olunub

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

 

Versus.Az-ın məlumatına görə, iclasda partiyanın fəaliyyəti müzakirə olunub. ALDP sədri partiyanın son 8 ayda fəaliyyətindən qısa xatırlatma edib.

 

Fuad Əliyev bildirib ki, keçən il sentyabr ayından bu vaxtadək - 8 ay ərzində partiyanın 40-dan çox müxtəlif tədbir keçirilib:

 

“Son tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Bakıda və regionlarda Bayraq aksiyasının keçirilməsi oldu. Aksiya çərçivəsində əhaliyə 3500 bayraq paylanıb, cümhuriyyətin yaradılması və mövcud olduğu 24 ay ərzindəki fəaliyyəti, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar qısa olaraq əhaliyə çatdırılıb. Hesab edirəm ki, bu aksiyamız çox uğurlu olmaqla yanaşı, əhali tərəfindən də rəğbətlə qarşılanıb”.

 

Sonra partiyanın yaranmasının 20 illiyi və yay mövsumu ilə bağlı tədbirlər proqramı müzakirə olunub. Partiya sədri yay mövsümünü nəzərə alaraq sentyabrın 15-nə qədər ALDP-nin tətilə çıxmasını təklif edib:

 

"Buna baxmayaraq, biz partiyanın yaranmasının 20 illiyi ilə bağlı nəzərdə tutulan tədbirləri keçirəcəyik. Partiya üzvləri arasında “ALDP Kuboku” uğrunda nərd, futbol və şahmat yarışlarının keçirilməsini nəzərdə tutmuşuq. Yarışlarda ALDP-nin bütün rayon təşkilatları da iştirak edəcəklər. Ona görə də tətilə çıxmağımıza baxmayaraq, yay ayları bu idman yarışlarını keçirməklə həm də mənəvi bir istirahət təşkil edəcəyik”.

 

Sonra ALDP Gənclər Təşkilatının (GT) sədri Murad Əliyev hərbi xidmətə çağırışıyla əlaqədar olaraq, təşkilata sədrlik müvəqqəti olaraq ALDP GT-nin sədr müavini Ülvi Əfqanlıya həvalə olunub.

 

Tədbir iştrakçıları Murad Əliyevin 3 illik fəaliyyətini müsbət qiymətləndirərək ona hərbi xidmət dövründə uğurlar arzulayıblar.                                    

 

Qeyd edək ki, ALDP 30 yanvar 1999-u ildə yaranıb.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS