Şəhid balaları üçün bayram tədbiri keçirilib

13:20 04-06-2018 | icon 335 | Cəmiyyət
Şəhid balaları üçün bayram tədbiri keçirilib

 Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi daim dərin hörmətlə yad edilir. Onların döyüş yolu, göstərdikləri şücaət gənc nəsillər üçün layiqli örnəkdir. “Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhid ailələrinin hüquqlarının müdafiəsində fəal iştirak etməklə yanaşı, şəhidlərimizin qəhrəmanlığının təbliğinə, uşaq və gənclərin vətənə məhəbbət ruhunda tərbiyə olunmasına da öz töhfəsini verməyə çalışır.


Versus.Az-ın məlumatına görə, adıçəkilən təşkilat Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi ilə birlikdə Sumqayıt şəhərindəki Dənizkənarı bulvarda yerləşən “Turan” istirahət mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Vətən bizə əmanət” adlı tədbir keçirib.

 

Tanınmış jurnalist Fəxriyyə Lilparın aparıcılığı ilə keçirilən tədbirdə 2016-cı ilin aprel və 2017-ci ilin fevral ayında vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarının şənlənməsi üçün respublika uşaq özfəaliyyət kollektivləri, uşaq idman klubları, məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər.

Tanınmış incəsənət ustalarının çıxışlarında Vətəni tərənnüm edən mahnılar oxudular. Uşaqlar üçün intellektual-əyləncəli oyunlar təşkil olundu.


“Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyin təsisçiləri Aida Eyvazlı və Sevinc Alızadə, Qənirə Paşayeva, Səbail rayon İcra hakimiyyətinin müavini Xalidə Bayramova, “Regional huquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova tədbirin məramı və məqsədi haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Çıxış edənlər dövlətin uşaqlara olan himayəsindən və qayğısından danışıblar.

 

“Azman holdinq”in dəstək verdiyi bayram tədbirində uşaqlara xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS