"Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır"

14:52 04-06-2018 | icon 219 | Gündəm
"Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır"

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Avropa regional ofisinin rəhbəri Paola Albriton ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Baş nazirin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Ə.Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib:

 

“Ölkəmizin yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramının qəbulunda da Azərbaycan tərəfi iştirak edib. Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır”.

 

P.Albriton Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, Bakının ona çox doğma gəldiyini, paytaxtımızda qədimliklə müasirliyin vəhdətinin onda xoş təəssürat yaratdığını söyləyib. Qonaq ölkəmizin də dəstəklədiyi və qoşulduğu Sendai sənədi haqqında ətraflı məlumat verərək qeyd edib ki, 7 qlobal məqsədə xidmət edən bu proqramın icrası dövlətlər və cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS