“Yalnışlığın episentri Əli Kərimli özüdür”

15:24 04-06-2018 | icon 321 | Siyasət
“Yalnışlığın episentri Əli Kərimli özüdür”

 

Sərdar Cəlaloğlu: “Rusiya ilə Amerika arasındakı ziddiyyətlər Realla AXCP arasındakı münsibətləri korladıb”

 

 

“Əgər Əli Kərimlidə belə bir qabiliyyət yoxdursa, onu sözdə də “ana müxalifət” eləmək mümkün deyil”.

 

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu AXCP və Real Partiyası arasında gedən “dava” və cəbhəçilərin öz liderlərini “ana müxalifət” kimi təqdim etməsi ilə bağlı açıqlamasında deyib.

“Ana müxalifət” vəzifə deyil ki, kiməsə xüsusi olaraq verilsin. Ana müxalifətçilik hər bir kəsin müxalifəti birləşdirmək qabiliyyəti, özünün ağıl və təfəkkürü sayəsində digər liderlərdən üstün olması ilə müəyyən oluna bilər”- deyə, Cəlaloğlu bildirib.

 

ADP sədri cəbhəçilərin müxalifətin tənqidi yanaşmalarını “hücum” kimi dəyərləndirmələrini yanlış hesab edib:

 

“Cəbhəçilər dost-tanış demir, hamıya daş atıb düşmənçilik edirlər. Cəbhəçilər kiminsə haqqında nə istəsələr deyəndə bu  olur “fikir”, amma kimsə bunlar haqqında nəsə deyəndə olur “hücum”.  Məsələn, bu gün ölkədə belə bir fakt ortaya çıxıb ki, Əli Kərimli Rusiyadan 400 min dollar vəsait alıb və bəzi cəbhəçilər həbs olunub. Təbii olaraq bu vəziyyət müzakirə olunacaq. Ancaq, nəyə görə Əli Kərimlinin lehinə, yaxud əleyhinə fikir bildirəndə bu, hücüm kimi qavranmalıdır? Hansısa müxalifət partiyası qeyri-qanuni yolla güc əldə edibsə, qanuni yolu göstərən müxalifət təbii ki, mütləq ona qarşı çıxmalıdır. Tutaq ki, bu gün kimsə Rusiyadan, İrandan və yaxud Ermənistandan maliyyələşirsə, biz onun haqqında tənqidi fikir deməməliyik? Axı onun qeyri-qanuni hərəkəti bizimlə onu qeyri-bərabər vəziyyətə salır. Mən də məcburam ki, qeyri bərabər vəziyyəti neytrallaşdırana qədər əks tərəfin nöqsanlarını deyib onu ifşa edəm”.

 

S.Cəlaloğlu bildirib ki, müxalifətdə gərginliyin epsentrində Əli Kərimlinin dayanması fikri düz deyil:

 

“Kim yalnış addım atırsa, hədəfə də o gəlir. Yalnışlığın episentri Əli Kərimli özüdür. Azərbaycan müxalifətinin parçalanması, bir araya gəlməməsi, üstüörtülü maliyyələşmələr və sair neqativlər onun ətrafında cərəyan edir”.

 

ADP sədri müxalifət daxlində Əli Kərimliyə qarşı olan bu “hücum”ların məhz hakimiyyətin sifarişi ilə gerçəkləşməsi fikrinə də birmənalı yanaşmayıb:

 

“Məlumdur ki, bu gün Real Partiyasının sədri və müavinləri tutulub və onun qurultayına icazə verilməyib. O zaman hökumət  Realın AXCP-yə hücumunu necə təşkil edə bilərdi? Burda məntiq yoxdur. Sadəcə olaraq Real Amerikapərəst qüvvədir, Əli Kərimli də maliyyəni  Rusiyadan alıb. Belə olan surətdə Rusiya ilə Amerika arasındakı ziddiyyətlər istər-istəməz Realla AXCP arasındakı münsibətləri korladıb”.

 

S.Cəlaloğlu deyib ki, bu “vuruşmadan” nə cəmiyyət itirəcək, nə də müxalifət:

 

“Çünki onlar cəmiyyət üçün elə də böyük qüvvə deyillər”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məni agentlikdə ittiham etməklə...”

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

""Camaat nə deyər?!" prinsipi..."

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS