İqbal Ağazadədən tibb personalına TƏŞƏKKÜR

13:59 15-06-2020 | icon 176 | Siyasət
İqbal Ağazadədən tibb personalına TƏŞƏKKÜR

İqbal Ağazadə: "İnanıram ki, torpaqlarımızı işğaldan azad edərkən də əsgərlərimizlə bərabər səngərdə olacaqsınız"

 
 

"Koronavirusa yoluxmuş bütün xəstələrimizə Allahdan şəfa diləyirəm. Dünyasını dəyişmiş bütün xəstələrimizin doğmalarına səbr arzulayır, Allah rəhmət etsin deyirəm".

 
 
Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında Ümid Partiyasının sədri İqbal Ağazadə yazıb.
 
 
Koronavirusla mübarizədə əməyi keçən hər kəsə təşəkkürünü ifadə edən partiya sədri bütün tibb personalı - həkimlərimiz, tibb bacılarımız, xəstə baxıcılarımız qarşısında baş əydiyini vurğulayıb:
 
"Dayanmadan, fasiləsiz, öz sağlamlıqlarını belə riskə atmaqdan çəkinmədən gecə-gündüz çalışan tibb personalına nə qədər təşəkkür etsək, azdır".
 
 

"Dəyərli Bəhram bəy, sizin üçün dua edirik"

 
İqbal Ağazadə statusunda hazırda sağlıq durumunda problem yaranan Əməkdar artist Bəhram Bağırzadəyə də xitab edib:
 
"Dəyərli Bəhram bəy, Sizin üçün dua edirik. Yumorunuz, gülüşünüz hamıya məlhəm olduğu kimi, inanıram ki, dualarımız da sizə məlhəm olacaq. Tez sağalın. Yolunuzu gözləyən doğmalarınızla yanaşı, sizi sevənlər də var. Biz çoxuq, lap çox. Dualarımız sizi sağlığınıza qovuşdurmağa yetəcək. Buna inanırıq".
 
 
Bir daha tibb personalına təşəkkürünü çatdıran İqbal bəy "var olun" deyib:
 
"İnanıram ki, sabah torpaqlarımızı işğaldan azad edərkən də əsgərlərimizlə bərabər səngərdə olacaqsınız. Virusa yoluxmuş xəstələrimiz sizə əmanətdir, onlarla yanaşı sizlərə də dua edirik. Hər birinizi bağrıma basıram!"
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR