"Niyə məhz 15 iyun və nə üçün Qurtuluş günü?"

15:20 15-06-2020 | icon 228 | Siyasət
"Niyə məhz 15 iyun və nə üçün Qurtuluş günü?"

Əlisahib Hüseynov: "Heydər Əliyev millətimizin varlığını tamamilə yox olmaq təhlükəsindən qurtarıb"

 

"Bu gün - 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü olaraq qeyd edilir. Niyə məhz 15 iyun və nə üçün Qurtuluş günü? Çünki həmin gün keçirilən Milli Məclisin iclasında etdiyi tarixi çıxışında Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının yollarını və ölkənin gələcək inkişaf strategiyasını elan edib".

 
 
Versus.Az xəbər verir ki, bunu Qurtuluş Günü ilə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sədri qeyd edib ki, Azərbaycan xalqının tələbi və AXC-Müsavat hakimiyyətinin dəvəti ilə Bakıya gələn Ümummilli lider Heydər Əliyev ölkədə hökm sürən hakimiyyət böhranına, xaos və dərəbəyliyə, separatçılıq təşəbbüslərinə son qoyaraq Azərbaycan dövlətçiliyini və millətimizin varlığını tamamilə yox olmaq təhlükəsindən qurtarıb. Nəticədə siyasi gərginlik və ictimai qarşıdurmalar səngiyib:
 
"Ölkəmiz həm vətəndaş müharibəsindən, həm də parçalanma təhlükəsindən xilas olub. Məhz bu səbəblərlə əlaqədar olaraq 15 iyun müasir Azərbaycanımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin vaxt Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməsəydi, indi Azərbaycanın müstəqilliyi sual altında qalacaqdı. Bəli, müstəqilliyi qazanmaq və ya bərpa etmək nə qədər önəmli şərtdisə, ölkənin suverenliyini, milli müstəqlliyimizi qoruyub saxlamaq və inkişaf etdirmək ondan da ikiqat artıq vacib məsələdir. Heydər Əliyev də məhz bu böyük Missiya üçün – Azərbaycanın dövlətçiliyini yaşatmaq üçün doğulmuşdu. Azərbaycanın müstəqilliyini istəməyən və ölkədə separatçılığı körükləyən qüvvələr Heydər Əliyevin əzmi və müdrikliyi sayəsində geri çəkildilər. O, bütün maneələri aradan qaldırmağı, ümidsizliyə qapılmış xalqı yenidən toparlamağı və ölkədə ictimai-siyasi sabitliyi bərqərar etməyi bacardı. İndi bütün bunları ümumiləşdirib bir kiçik yazıda qeyd etmək çox asandır. Amma həmin ağır günlərdə isə Heydər Əliyev hətta öz həyatını belə, təhlükə qarşısında qoyaraq ölkəni xaosdan çıxarmaq üçün günlərlə və həftələrlə deyil, aylarla vaxt və titanik əmək sərf etdi. Xalqımız həmin vaxt Heydər Əliyevə siyasi liderlər arasında həqiqətən də yeganə ümid yeri kimi baxırdı. O bu inamı öz təcrübəsi və siyasi dühası sayəsində qazanmışdı".
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

"Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir"

Deputat Prezidentin müsahibəsində Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan YAZDI

“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

"Dövlət siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır"

Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

44 yaşlı Şarliz Teronun rolunu gənc aktrisaya verdilər

Əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə - FOTO

Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO

“Qalatasaray” çempionluq şansını itirdi

Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

21 ölü - ANBAAN VİDEO

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!