Bəhram Bağırzadənin son durumu AÇIQLANDI

15:25 15-06-2020 | icon 826 | Mədəniyyət
Bəhram Bağırzadənin son durumu AÇIQLANDI

"Səhhətində heç bir irəliləyiş yoxdur, sadəcə gözləmək lazımdır"

 

“Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, sadəcə gözləmək lazımdır”.

 

Versus.az xəbər verir ki, bunu “Report”a açıqlamasında əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

 

O bildirib ki, həyat yoldaşına təcili ağciyər köçürülməsi məsələsi hələlik müzakirə olunmur. 

 

Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov isə bildirib ki, əməkdar artist ECMO cihazına bağlandıqdan sonra son sutkada xəstəliyin dinamikası az da olsa stabilləşib və müsbət gedişat qeydə alınıb:

“Ağciyər xaricindəki digər orqanlarının funksiyalarının normaya dönməsi, laborator analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyərlər aldığı zədədən dolayı funksiyasını göstərə bilmədiyi halda ECMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı problemin olmaması ümidvericidir. Bəhram Bağırzadənin səhhəti ilə bağlı məsələlər yerli və xarici ekspertlərlə gündəlik olaraq müzakirə olunur. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilk gündən məsələni şəxsi nəzarətinə götürüb, əməkdar artistin müalicəsi üçün lazımi preparatlar təmin edilib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu