Deputat Qurtuluş Gününə həsr olunmuş onlayn Elmi-praktik konfransa qatılıb

19:39 15-06-2020 | icon 306 | Təhsil
Deputat Qurtuluş Gününə həsr olunmuş onlayn Elmi-praktik konfransa qatılıb

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ADPU-nun Quba filialının təşkilatçılığı ilə keçirilən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş onlayn Elmi-praktik konfransda geniş məruzə ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfrans universitetin sosial şəbəkə hesablarında canlı yayınlanıb.

 

Millət vəkili Qənirə Paşayeva universitetin bütün kollektivini Milli Qurtuluş günü münasibətilə təbrik edib, bu günün tariximizdəki önəmli yeri barədə danışıb.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışan Qənirə Paşayeva gəncləri yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb.

Millət vəkili həmçinin bildirib ki, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarımızdan və hər şeydən üstün tutmalıyıq. Bizim hamımız üçün Azərbaycandan dəyərli heç nə ola bilməz, hamımız ölkəmizin daha da inkişafı üçün daha da çox çalışmalıyıq deyən Qənirə Paşayeva 15 iyun - Milli Qurtuluş gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO