“Xankəndində baş verənlər öncədən ssenariləşdirilib”

21:50 05-06-2018 | icon 136 | Geopolitika
“Xankəndində baş verənlər öncədən ssenariləşdirilib”

  

“Bir həftə öncəki açıqlamalarımdan birində separatçı Dağlıq Qarabağ ermənilərinin həm Saakyan rejiminə qarşı, həm də rəsmi İrəvana qarşı qalxacaqlarını vurğulamışdım. Budur, separatçı "DQR"-də vəziyyətin gərginləşəcəyi barədə proqnozlar artıq özünü doğrultmağa başlayıb.

 

Versus.Az-ın məlumatına görə, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Ermənistandakı yeni hökumətin və Xankəndindəki köhnə rejimin fəaliyyətindən narazı qalan Dağlıq Qarabağ ermənilərinin kütləvi etiraz aksiyalarına başlamasıyla bağlı açıqlamasında bildirib.

 

Partiya sədri vurğulayıb ki, etiraz aksiyalarının qarşısını almaq üçün Xankəndinə gedən Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə əhali arasında hətta kütləvi qarşıdurma da baş verib:

 

“Küçələr bağlanıb, binalar mühasirəyə alınıb. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları da səsləndirilib. Bako Saakyanın idarə etdiyi mafioz-quldur rejimdən bezən Qarabağdakı ermənilər indi hansı yolla olursa olsun, bu rejimdən xilas olmaq istəyirlər. Bir erməni ekspertinin də dediyi kimi, “hətta elə insanlar var ki, xilas yolunun Yerevandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək”. Yəni vəziyyət o həddə çatıb”.

 

Qeyd edək ki, situasiya anbaan gərginləşməkdədir, etiraz edənlərin nümayəndələri ultimatum irəli sürüblər və güc strukturları rəhbərlərinin danışıqsız istefasını tələb edirlər. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib. O, Ermənistan hakimiyyətini maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə, Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb.

 

Ə.Hüseynov bildirib ki, göründüyü kimi, həmişə Azərbaycanla sülh münasibətlərinin vacibliyindən danışan L.Ter-Petrosyan da bəd ayaqda əsl erməni xislətini ortaya qoyur, Dağlıq Qarabağdakı hazırki separatçı rejimi dəstəkləməyin vacibliyini qeyd edir:

 

“Məsələnin mahiyyətində isə sadəcə hakimiyyət amili dayanır. Yəni ki, Ermənistanda hakimiyyəti ələ keçirən Paşinyan indi də Xankəndindəki qondarma rejimin idarəetmə sükanının arxasına öz adamını yerləşdirmək istəyir və bununçün Xankəndindəki narazı kəsimin etiraz əhval-ruhiyyəsindən yararlanmağa çalışır. Bu mənada, bu gün Xankəndində baş verən olayların hamısı öncədən ssenariləşdirilmiş məsələlərdir. Odur ki, biz Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan bayrağını qaldırıb rəsmi Bakıdan kömək istəyəcəkləri versiyasına inanmamalıyıq. Bu da ermənilərin növbəti hiyləsidir. Paşinyan hökuməti ilə köhnə S.Sərkisyan-B.Saakyan klanı öz aralarındakı siyasi mübarizədə üstünlüyü ələ almaq üçün necə deyərlər, "Azərbaycan kartı"ndan bir-birilərinə qarşı istifadə edirlər”.

 

Partiya sədrinin sözlərinə görə, hər iki tərəf bir-birini Azərbaycanın yaranmış vəziyyətdən Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün istifadə edəcəyi təhlükəsi ilə qorxutmağa çalışır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS