Komitə sədri onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib

22:26 15-06-2020 | icon 637 | Mədəniyyət
Komitə sədri onlayn beynəlxalq konfransda məruzə ilə çıxış edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı: mədəni-ədəbi əlaqələr münasibətlərimizin fövqündə” adlı onlayn beynəlxalq konfransda geniş məruzə ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, konfrans Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Daşkənddəki “Kitob dunyosi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, hər iki ölkənin mədəniyyət və ədəbiyyat sahəsi üzrə dövlət qurumlarının rəhbərləri, alimlər, ziyalılar iştirak ediblər. Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında tarixi dostluq əlaqələrindən, inkişaf edən münasibətlərdən danışıb, Prezident İlham Əliyevin qardaş ölkəyə xüsusi diqqət yetirdiyini, münasibətlərin bütün sahələrdə genişləndiyini bildirib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını böyük hadisə adlandırıb, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində COVID-19 pandemiyası ilə bağlı videokonfransın keçirildiyini və üzv ölkələrin bir-biri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

 

Q.Paşayeva çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumat verib, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə, habelə onun mədəni irsinə böyük zərər vurulduğunu bildirib. O, ölkələrimiz arasında turizm sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Deputat dostluğumuzun əbədi olduğunu söyləyərək, mədəni-ədəbi əlaqələrin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki fəaliyyət haqqında danışıb.

 

Konfransda həmçinin Ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, AMM-in direktoru Samir Abbasov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Gayrat Majid də geniş məruzə ilə çıxış ediblər.

 

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, "Termez Universiteti” qəzetinin baş redaktoru Obidjon Shofiyev, “Kitab dunyosi” qəzetinin baş redaktoru, şairə, tərcüməçi Xasiyyət Rüstəmova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, Azərbaycan-Özbəkistan-Türkmənistan şöbəsinin müdiri Almaz Ülvi Binnətova, özbək tarixçisi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gülbahar Aşurova da konfransda iştirak ediblər.

 

Konfrans iştirakçıları 2 qardaş ölkə arasında mədəniyyət, humanitar sahədə həyata keçirilən tədbirlər, mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, problemlər və perspektivlərə dair geniş fikir mübadiləsi aparıblar.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

VAR OLMAQ İSTƏYİRİKSƏ...

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Dövlət qulluğuna qəbul üzrə qeydiyyat uzadıldı

Qardaşlığın daha bir nümunəsi

DİM bugünkü buraxılış imtahanları ilə bağlı məlumat yaydı

İlham Əliyev hərbçiləri təltif etdi - SİYAHI

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - SOS

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

Ermənilərin yeni Qarabağ PLANLARI