"Polisin nüfuz və hörməti o vaxt bərpa olunar ki..."

09:19 16-06-2020 | icon 143 | Siyasət
"Polisin nüfuz və hörməti o vaxt bərpa olunar ki..."

Lala Quliyeva: "Bu, demokratik cəmiyyət üçün çox vacib amildir"

 

"Polis necə olmalıdır? Bu sualın cavabı birdir: Verilən tapşırıqları yerinə yetirməlidir. Polis qanunu poza bilərmi? Təbii ki, yox. Polis hər bir vətəndaşın yanında olmalıdır, onun tapdalanan hüquqlarını qorumalıdır. Amma bir neçə gün bundan qabaq polisin vətəndaşlara qarşı davranışı, illər boyu mitinqlərin polis tərəfindən dağıdılması heç də yaddan çıxmayıb. İndi biz nə edək?"

 

Versus.Az xəbər verir ki, bu sözləri polis-vətəndaş münasibətləri ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP)) Qadınlar Şurasının sədri Lala Quliyeva deyib.

 

Lala xanım bildirib ki, bir tərəfdən əmrə tabe olan polislər, digər tərəfdən isə öz hüquqlarından istifadə etmək istəyən, öz problemlərindən danışmaq istəyən vətəndaşlar mitinq və piket keçirmək istəyirlər və polis tərəfindən amansızlıqla üzləşirlər:

"Bəzən səhv qərarlara görə, bütün polislər cəmiyyətin gözündən düşür, polisə qarşı bir nifrət hissi yaranır. Belə olan halda kim polisə güvənər? Uşaqlardan tutmuş böyüklərə qədər polisə qarşı qorxu, inamsızlıq hisləri yaranıb. Polis cinayətkarı həbs etmək üçün onun dalınca qaçanda, vətəndaşlar həmin cinayətkarı saxlamaq əvəzinə, polisə kömək etmək əvəzinə, cinayətkara kömək edirlər ki, tez çıxsın aradan. Bu hal çox üzücüdür.

Xəbərlərə baxanda ABŞ-da və Avropa ölkələrində polisin mitinq iştrakçılarına qarşı zor tətbiq olunmasını görürük. Baxın, ABŞ-ın Minneapolis şəhərində  dələduzluq iddiası ilə saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi, bu şəhərin sakinlərini ayağa qaldırdı. Bundan sonar 50-dən çox şəhərdən aksiyalar başlandı. Polisin aksiya iştrakçılarına qarşı güc tətbiqinin şahidi olduq. Və sonra bir neçə şəhərdə polislər etirazçılarla həmrəylik nümayiş etdirdilər, onlarla bir yerdə diz üstə oturdular. Və etirazçıların rəğbətini qazandılar. Aksiya iştrakçılarına qarşı zor tətbiq etməsinə baxmayaraq polisin böyük hörməti var".

 

L.Quliyeva vurğuladı ki, indi sosial şəbəkələrdə, mətbuatda polisin nüfuzunu artırmaq üçün dəstək kampaniyası gedir:
 
"Söz yox, polislər də Azərbaycan Respublikasının vətəndaşıdırlar. Bu cür təbliğat hardasa süni görsənir. Sadəcə hər şey polislərin özlərindən asılıdır. Qanun çərçivəsində vətəndaşlarla rəftar etsələr istər-istəməz onlara inamı, nüfuzu və hörməti bərpa olunar. Bu, demokratik cəmiyyət üçün çox vacib amildir".
 
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu