Koronavirusun yeni yarımnövü AŞKARLANDI

10:09 16-06-2020 | icon 185 | Sağlamlıq
Koronavirusun yeni yarımnövü AŞKARLANDI

Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, SARS-Cov-2 koronavirusunun ştamlarının beş ölkədəki mutasiyası nəticəsində COVID-19 xəstəliyinə səbəb olan, A2 PAN adlı yeni tipik yarımnöv virus yaranıb.

 

Versus.az “Estrella Panama” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qorqas adına Sağlamlığın Öyrənilməsi İnstitutunun direktoru Xuan Paskal deyib. 

 

"Virusun modifikasiyaları ölkə üçün yeni, tipik A2 PAN yarımnövünü yaratdı", - o nəşrə bildirib.

 

Qeyd edilir ki, Panamanın coğrafi mövqeyi və onun regional nəqliyyat funksiyası virusun dünyanın müxtəlif regionlarına yayılmasına imkan yaradıb.

 

SARS virusunun 150 nümunəsinin araşdırılması Qorqas adına İnstitutun alimlərinə onların yaranma ölkələrini müəyyən etməyə icazə verib. Yerli mutasiyanın ölkədə yaranmasına qədər virus ABŞ-da, İtaliyada, İspaniyada, Fransada və Asiyada dörd yarımnöv kimi mövcud olub.

 

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 8,1 milyonu ötüb. Təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir. Pandemiya ərzində təhlükəli virusdan ümumilikdə 4 213 601 nəfər sağalıb.

 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO