İki böyük ölkə müharibə astanasında

15:15 16-06-2020 | icon 184 | Geopolitika
İki böyük ölkə müharibə astanasında

Elxan Şahinoğlu: “Ölümlə nəticələnən insidentin baş verəcəyi gözlənilən idi”

 

“Çin-Hindistan sərhəddində iyunun 15-də axşam saatlarında ölümlə nəticələn insident baş verib. Çin hərbçiləri hindistanlı zabiti və iki əsgəri öldürüblər. Son günlər iki ölkə arasındakı gərginlik artırdı. Çin hərbçiləri Hindistan ərazisinin 60 kvadrat ərazisini ələ keçirmişdilər. Eyni zamanda iki ölkənin sərhədçiləri bir-birlərinə daş atmışdılar. Ancaq həmin insident zamanı atəş açılmamış və ölən olmamışdı. Bu dəfə isə ölənlər var və hadisələrin mənfi istiqamətində inkişaf edəcəyi istisa deyil”.

 

Versus.Az xəbər verir ki, bunu şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

Politoloqun sözlərinə görə, hazırda hər iki ölkənin hərbçiləri məsələni aydınlaşdırmaq üçün görüşmələr həyata keçirirlər:

“Ölümlə nəticələnən insidentin baş verəcəyi gözlənilən idi. Çünki son aylarda Çin Hindistanla sərhəddin dağlıq hissəsinə əlavə qüvvələr göndərmişdi. Hindistan Çinin bu siyasətindən narazı idi. İyunun 6-da iki ölkənin diplomatları arasında görüş keçirildi və belə qərara gəlindi ki, sərhəddin dağlıq hissəsində anlaşmazlıqlar sülh və danışıqlar yolu ilə həll edilsin. Ancaq Çinin hesabları fərqli idi.

Çin açıq-aşkar Hindistan ərazisinə iddia edir və bu məqsədlə sərhəd qoşunlarını dağlıq massivlərdə irəli çəkməyə çalışır. Hindistanın müdafiə naziri Radjnatx Sinqxin sözlərinə görə, Rəsmi Dehli Çinin sərhəd boyu irəliləməsinə imkan verməyəcək. Pekin bu siyasəti uzun onilliklərdir davam etdirir. Çin ordusu 1962-ci ildə Hindistan ərazisinə daxil olaraq Himalay dağlarının bir hissəsini işğal etmişdi.

Dehli Pekinlə qarşıdurma istəmir. Ancaq dialoq nəticə vermir. Digər böyük dövlətlər vəziyyətə qarışmasa, Çinlə Hindistan arasında müharibə ehtimalı artacaq. Çünki, Hindistan öz hərbçilərinin öldürülməsinə seyrçi qalmaya da bilər. İki nüvə dövləti və ümumi əhalisinin sayı 3 milyardı aşan iki dövlətin müharibə astanasına gəlməsi bölgəni fəlakətə aparacaq. Ona görə də ABŞ, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK