Hafiz Hacıyevin partiyasında koronavirusa yoluxma var?

15:38 16-06-2020 | icon 171 | Siyasət
Hafiz Hacıyevin partiyasında koronavirusa yoluxma var?

"Dəyirmi stol arxasında iclaslarımızı keçiririk, elə bir problem yaratmır"

 

“Bu günə qədər Müasir Müsavat Partiyası üzvlərindən koronavirus pandemiyasına yoluxma qeydə alınmayıb. Şükür Allaha ki, belə bir problemimiz yoxdur. Dəyirmi stol arxasında əyləşib iclaslarımızı keçiririk. Elə bir problem yaratmır. Rayon təşkilatlarımızla görüntülü video vasitəsi ilə əlaqə saxlayırıq. Tapşırıqlarımızı veririk. Yoluxma olmadığı üçün hazırda partiyada çox yüksək təşkilatlanma işi gedir. Qurultaya hazırlıq işləri görülür”.

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

MMP sədri bildirib ki, bütün işlərə, ara məsafələrinin qorunmasına və bu kimi tələblərə qanunlar çərçivəsində riayət etməklə, bütün işlər öz qaydasında gedir:

“Qurultayın vaxtı hələ ki, dəqiq deyil. Koronavirusla əlaqədar toplaşmağa icazə verilmir. Bəzi rayon təşkilatlarında konfranslar dayanıb. Koronavirusa qədər 32 rayon təşkilatımızda konfrans keçirilib. Qalan rayon təşkilatlarında da konfranslar baş tutacaq. Qurultaya nümayəndələr seçiləndən sonra uzağı sentyabr-oktyabr aylarında qurultayımız baş tutacaq. Qurultayda xarici diplomatların, millət vəkillərinin, Prezident Adminstrasiyasının yeni yaranmış Partiyalarla İş Şöbəsinin rəhbərliyinin iştirakı gözlənilir”.

 

Hafiz Hacıyev Milli Şura üzvlərinin neftin qiymətinin düşməsi ilə bağlı səsləndirdiyi ironiya dolu fikirlərə də münasibət bildirib:

“Onlar Milli Şura deyil, xəyanətkarlar şurasıdır. Onların təşkiltında beş-altı nəfər cəmləşib. Bu xəyanətkarlar şurasının başçısı Vaşinqtona gedirsə, özünə bığ qoyub həmin bığı rəngləyirsə, bunlardan hansı kişiliyi gözləmək olar?! Onlar həmişə Azərbaycana xəyanət edən insanlar olublar. Bu gün də həmin yolu tutublar. Düşünürəm ki, bu gün onlara inanan yoxdur. Onların gələcəyi də, perspektivi də yox dərəcəsindədir. Gələcəkdə də xalq onları qəbul etməyəcək. Onlar xalq qarşısında çıxış edə bilməzlər. Onların videoiclaslarına baxın, biri təpəsi üstə yatır, o biri böyrü üstə durur. Bu insanlarla Azərbaycanın gələcəyinə ümid bağlamaq yersizdir”.

 

MMP sədri bildirb ki, rəhbərlik etdiyi partiyadan onlar haqqında zaman-zaman verilən bəyanatlar öz yerini tutub:

“Hamısı səviyyəsiz insanlardır. Orada kimlər var?! Hazırda Milli Şurada rayon partiya komitələrindən, hərbi hissələrdən qovulmuş adamlar, vaxtilə parlamentdə gedib Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən Gültəkin Hacıbəyli”. /hafta.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK