"Dövlətin imicinə zərbə vurulur"

16:18 16-06-2020 | icon 433 | Siyasət
"Dövlətin imicinə zərbə vurulur"

Könül İsmayılova: "Xarici işlər naziri, Rusiyadakı səfirimiz hara baxır?"

 

"Çox ürəkparçalayan xəbərdir. Xarici işlər nazirliyimiz, Rusiyadakı səfirimiz və ya səfirliyimiz hara baxır?"

 

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ötən gün Dağıstanda Rusiya polisinin Azərbaycana qayıtmaq üçün sərhədə toplaşan azərbaycanlılara qarşı zor tətbiq etməsinə münasibət bildirərkən deyib.

 

Azərbaycanın xarici işlər nazirinin baş verənlərə həmişə olduğu kimi "dişsizlik" nümayiş etdirdiyini pisləyən K.İsmayılova bildirdi ki, çox güman ki, nazir bu dəfə də yüngülvari açıqlamalar verməklə işini bitmiş sayacaq:

"Sözçüləri bu dəfə də çıxıb deyəcək ki, bu məsələ də nazirin şəxsi işidir? Bu qədər neqativ halları yaratmaq istəyənlər elə bil sözləşiblər, hansı tərəfə baxırsan orda dövlətə mənfi imic yaradacaq planlar işə salınıb".

 

K.İsmayılova onu da qeyd etdi ki, MMP olaraq Azərbaycan Prezidentinə müraciət edirlər ki, soydaşlarımızın sağ-salamat vətənə gəlmələrini təmin etsin:

"Prezidentimiz çıxışlarının birində deyib ki, - koronavirus pandemiyası dövründə mənim üçün iqtisadiyyat yox, millətimin sağlamlığı önəmlidir. Bu fikirlərdən dolayı MMP olaraq inanırıq ki, prezidentimiz millətinə sahib çıxacaq."

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ