"Kainata, insanlara ən faydalı peşədir həkimlik"

16:08 17-06-2020 | icon 201 | Sağlamlıq
"Kainata, insanlara ən faydalı peşədir həkimlik"

Rəşad Mahmudov: "Daha təhükəsiz və daha qorxusuz bir gələcəyə inamla addımlayacağıq"

 

Uşaqlıq xəyalıdır həkimlik... Kainata, insanlara ən faydalı peşədir həkimlik... Təhsili uzun, özü isə həyəcanlıdır həkimlik... Ömürdən ömürə calaqdır həkimlik...

 

Versus.Az xəbər verir ki, bu sözləri Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.

 

R.Mahmudov qeyd edib ki, mövcud pandemiyanın ən ağır yükünü məhz həkimlərimiz və tibb işçiləri daşıyır:

“Dünyadan köçənləri də var, virusa yoluxanları da, usanmadan xəstəliklərlə mübarizəni davam etdirənlər də var. “Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəldir” devizi ilə yaşayan və yaradan, xəstəsinin, cəmiyyətinin, dövlətinin və Prezidentinin ondan nə tələb etdiyini aydın dərk edən səhiyyə işçilərimiz çox olduqca biz daha aydın, daha təhükəsiz və daha qorxusuz bir gələcəyə inamla addımlayacağıq!

Bütün tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edirəm, onlara səbr, dözüm və möhkəm iradə arzulayıram. Tanrı Sizi, xalqımızı, dövlətimizi və dünyamızı qorusun. Bayramınız mübarək!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

VAR OLMAQ İSTƏYİRİKSƏ...

Qardaşlığın daha bir nümunəsi

DİM bugünkü buraxılış imtahanları ilə bağlı məlumat yaydı

İlham Əliyev hərbçiləri təltif etdi - SİYAHI

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - SOS

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI