Qənirə Paşayeva: Qara dənizə baxan ən uca yerdə Əhməd Cavada abidə qoyulsun - TƏKLİF

23:01 06-06-2018 | icon 1090 | Cəmiyyət
Qənirə Paşayeva: Qara dənizə baxan ən uca yerdə Əhməd Cavada abidə qoyulsun - TƏKLİF

 

“Əhməd Cavad heç bir zaman unudulmayacaq, hər zaman sevgi və sayğı ilə anılacaq”

 

 

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Şəmkirdə Türk dünyasının istiqlal şairləri Əhməd Cavada və Mehmet Akif Ersoya həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, AYB-nin Mətbuat xidmətinin sədri Xəyal Rza, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar  iştirak ediblər.

 

Millət vəkili Qənirə Paşayeva çıxışında bu cür tədbirləri təşkil edən bütün təşkilatçılara təşəkkürünü bildirib və bu yöndə tədbirlərin önəmini xüsusi vurğulayıb. İstiqlal şairimiz Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışan Q.Paşayeva bildirib ki, harada doğulub harada yaşamasından asılı olmayaraq bu gün türk gəncləri Əhməd Cavad kimi böyük aydınlardan, onların fikir və düşüncələrindən, həyat yolundan çox şey öyrənməlidirlər:



"20-ci əsrdə Anadoluda insanlarımız acılar yaşayanda, düşmən qüvvələrə qarşı mübarizə aparanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb orada yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək bu qızlar “bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Azərbaycanın müstəqilliyi, Türkiyə üçün  bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. Onun "Çırpınırdı Qara Dəniz baxıb Türkün bayrağına" şeirində, Azərbaycana, bayrağımıza həsr etdiyi şeirlərlə yanaşı, bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsi var. Ona görə də Əhməd Cavad heç bir zaman unudulmayacaq və hər zaman sevgi və sayğı ilə anılacaq".

 

Millət vəkili Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulması təklifi ilə çıxış edib. Onun bu təklifi Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar  tərəfindən müsbət və alqışlarla qarşılanıb.

 

Q.Paşayeva İstiqlal marşının müəllifi Mehmet Akif Ersoyla bağlı da geniş çıxış edib.

 

Millət vəkili çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək” sözləri ilə bitirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ