Universitetin 3 dekanı işdən kənarlaşdırıldı

21:07 17-06-2020 | icon 163 | Təhsil
Universitetin 3 dekanı işdən kənarlaşdırıldı

İyunun 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda universitetin İctimai Şurasının üzvləri də iştirak edib.

 

Versus.az-ın məlumatına görə, iclasda yay imtahan sessiyasının və imtahanların gedişı zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib.

 

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.

 

Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun “Nəqliyyat və logistika”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb.

 

İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb. Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ