Dilqəmlə Şahbazdan xəbər var

23:17 06-06-2018 | icon 349 | Gündəm
Dilqəmlə Şahbazdan xəbər var

"Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı bir sıra yeniliklər var".

 
 
Versus.Az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib:
 
 
"Avropa Məhkəməsi ilə komunikasiya işləri davam edir. Biz də əldə etdiyimiz sənədlərə dair öz münasibətimizi bildirəcəyik. Görülən tədbirlər vaxtında aparılır. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların qəbulunun şahidi olacağıq. Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanılıb. Avropa Məhkəməsi də onların hüquqlarını tanımalıdır".
 
 
A.Bağırov qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı işgəncə verilməsi ilə bağlı videogörüntü və sənədlər Avropa Məhkəməsinə təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

“Yeni bir Çanaqqaladan keçirik”

Pensiyalar artıb

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

ALDP sədrindən müstəqillik təbriki

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ