Macarıstan koronavirusa necə qalib gəldi?

11:33 18-06-2020 | icon 1021 | Dünya
Macarıstan koronavirusa necə qalib gəldi?

“Macarıstan koronavirusla vidalaşır. Son iki gündə yalnız 2 yoluxma faktı qeydə alınıb. Son bir həftədə isə yoluxma sayı 3-15 arası dövr edib”.



Versus.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkədə bildirib.



Bəs 9,7 milyonluq Macarıstan buna necə nail oldu?



Səfir deyir ki, uğur formulu çox sadədir:

“Dövlətin vətəndaşa hörməti, vətəndaşın dövlətə inamı, kütləvi məsuliyyət hissi, ictimai nəzarət. Fövqəladə vəziyyət və komendant saatı elan olunmasına baxmayaraq, hər şey vətəndaşın şüur və məsuliyyətinə hesablandı, sərt qadağalar tətbiq edilmədi. Yoluxma hallarının az qala kütləvi xarakter aldığı günlərdə də insanların məsafə hissi gözləməklə meşə və parklarda gəzmələrinə, qaçmalarına, velosiped sürmələrinə, idmanla məşgul olmalarına maneçilik törədilmədi. Bir dəfə də olsun polis-vətəndaş qaçdı-tutdusuna təsadüf olunmadı. Bütün ərzaq mağazaları, aptek və bazarlar səhər saat 9-12 arası 65 yaşdan yuxarı insanlara xidmət etdi. Daha çox adamın ictimai nəqliyyatdan deyil, fərdi avtomobillərindən istifadə etməsi üçün parkinqlər pulsuz oldu. Əsas magistrallarda velosipedçilər üçün sərbəst hərəkət zolağı yaradıldı. Qapalı yerlərə maskasız girmək bir kimsənin ağlına gəlmədi. İnsanlar hətta ən uzun növbələrdə də səbirlə distansiya gözlədilər. Hökumətin əlaqədar nazirləri həftədə iki dəfə Parlament qarşısında pandemiya ilə mübarizədə görülən və görülməsi nəzərdə tutulan işlər barəsində məlumat verdilər. Dünyanın 116 ölkəsindən 10 minə yaxın macar vətəndaşının vətənə gətirilməsi təşkil edildi”.


Vilayət Quliyev Azərbaycandakı vəziyyəti həyəcanla izlədiyini də qeyd edib:

“İnsanlarımızın qarşılaşdıqları çətinliklərə üzülürəm. Həkimlərimizin fədakarlığından qürur duyuram. Hər kəsin ümumi fəlakətə anlayışla yanaşmasını, özünü, ailəsini, millətimizi və dövlətimizi qorumasını arzulayıram. Mümkün qədər tez bir zamanda hər şeyin yoluna düşməsini istəyirəm. Və inşallah, belə də olacaq!”.



Səfir Macarıstanda da virusa inanmayanların olduğunu əlavə edib:

“Amma insan hər yerdə insandır. Yoluxma sayı 3-ə düşən gün vəzifəli macar tanışlarımdan birinə zəng vurub təbrik etdim. “İnanma!”- dedi. Yoluxanlar çoxdur. Rəqəmləri gizlədirlər!
Bir şey deyə bilmərəm. Amma həyatın artıq əvvəlki ahənginə qayıtmaq üzrə olduğu danılmaz həqiqətdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri