"Oğurladıqları pullarla "türmə"də də özlərinə şərait yaradacaqlar"

11:56 18-06-2020 | icon 66 | Siyasət
"Oğurladıqları pullarla "türmə"də də özlərinə şərait yaradacaqlar"

Hafiz Hacıyev: "Məmurların Azərbaycanda və xaricdə olan əmlakları müsadirə olunmalıdır"

 

Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.Bu barədə “Report”a hökumətdəki mənbədən bildirilib ki,KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.

 

Versus.Az xəbər verir ki, KİVDF-də yol verilən qanunsuzluqlarla bağlı baş prokurorluqda 4 maddə ilə cinayət işi başlanıb.

 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vurğulayıb ki, milyonları, milyardları yeyib talayıblar, bu gün Vüqar Səfərlinin oğurladığı puldan 100 minini dövlətə yenidən keçirməsiylə kifayətlənib bağışlanılmamadıdır:

"Yenidən yoxlama keçirilməlidir, araşdırılmalıdır ki, Vüqar Səfərli katibələrinə hansı əsasla ev verib. Mən Vüqar Səfərli hələ vəzifədə olarkən onun qanun pozuntularından çox demişəm. Hər halda Vüqar Səfərli cavab verməli olacaq, – bu pulları hardan qazanmışdı ki, indi də yüz mini geri qaytarır. Bunlar çox ciddi məsələlərdir və düşünürəm ki, öz həllini tapacaq.”

 

Partiya sədri qeyd edib ki, dövlətin pulunu dağıtmaq məmurlarının çoxunun adətidir:

"Zakir Qaralov Azərbaycandan milyardlarla pula Gürcüstanda kazinolar açıb. Ölkəninin sərvətini tala, milyardlarını yığ sonra da get, keflə yaşa. Bu yolverilməzdir. İstintaq gedir. Məhkəmədə hər şeyi gec-tez öz yerini tapacaq.

Dövlətin büdcəsini talayanların barəsində həbslər davam etməlidir. Onların əllərində olan pullar alınmalıdır. Həbs olunmaq kifayət eləmir. Oğurladıqları pullarla gedib bu adamlar türmədə də özlərinə şərait yaradırlar. Korupsioner məmurların Azərbaycanda və xaricdə olan əmlakları müsadirə olunmalı, hesabları dondurulmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR