BMT Azərbaycanın eks-nazirini “İlin alimi” seçdi

13:35 18-06-2020 | icon 52 | Cəmiyyət
BMT Azərbaycanın eks-nazirini “İlin alimi” seçdi

Azərbaycanın sabiq maliyyə naziri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Əvəz Ələkbərov 2019-cu il üzrə elm və təhsil sahəsindəki fəaliyyətinə görə BMT-nin “İlin alimi” beynəlxalq mükafatına layiq görülüb.

 

Versus.az xəbər verir ki, “İlin alimi” təltifi BMT-nin İctimai Mükafatlar Şurasının inkişaf etməkdə olan üzv ölkələrin, yaxud bölgənin elmi-texnoloji inkişafına verdiyi töhfələrə görə ayrı-ayrı alimlərə və ya alimlər qrupuna təqdim etdiyi illik elmi mükafatdır. Burada təhsil, mühəndislik və sənayenin inkişafı məsələləri xüsusi nəzərə alınır.

 

İqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov hazırda UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri, Universitetin "Professorlar Klubu"nun Rəyasət Heyətinin sədridir. O, dünya və ölkə mətbuatında ictimai-siyasi və iqtisadi məsələlər üzrə 500-dən çox məqalənin, 80-dək elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 1 biblioqrafik kitabın, 1 dərsliyin və 1 dərs vəsaitinin müəllifidir.

 

2019-cu ildə dünya elminə və iqtisadiyyatına xidmətlərinə görə BMT-nin “Sülh səfiri” beynəlxalq mükafatına layiq görülüb. 20 iyul 2017-ci ildə isə ölkəmizin təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Söz cilalayıcılarından biri - MİRBAĞIR BÜNYADOV

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

“Müalicə uyuşmanın səbəbindən asılı olaraq dəyişir”

Kiyevdə yerli gənclər Azərbaycan rəqsinə oynadılar - VİDEO

Narkoz altında dəstəmaz aldı - VİDEO

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik etdi

Mədəniyyət Komitəsinin sədri HƏSƏN BƏY ZƏRDABİDƏN YAZDI

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi