Qadınlar özləri barədə həqiqəti açıqlayıb, kişiləri təəccübləndirdilər - VİDEO

17:41 18-06-2020 | icon 98 | Maraqlı
Qadınlar özləri barədə həqiqəti açıqlayıb, kişiləri təəccübləndirdilər - VİDEO

Əksər qadınların gündəlik həyatının ayrılmaz hissəsini zorakılıq qarşısında daimi qorxu təşkil edir.

 

Lenta.ru-nun məlumatına görə, “TikTok” istifadəçisi Sarah Biggersin başlatdığı fləşmobdan bu məlum olub.

 

“Xanımlar, mənə elə gəlir ki, gerçəkliyimizlə bağlı həqiqəti üzə çıxarmalıyıq”, - deyən Biggers, özünün qarşılaşdığı xoşagəlməz detalları sadalayıb və sadaladıqca da barmağını büküb. O, eyni şeyləri yaşayan tamaşaçılardan da fləşmobda iştirak etməyə çağırıb.

 

Sadalananlar arasında cinsi təcavüzə məruz qalmaq, yaxud kişi ilə yataqda olarkən imtina etməkdən qorxduqları üçün istəmədikləri şeyi etmək məcburiyyətində olmaq da var.

 

 

“TikTok” istifadəçisi həmçinin arxasında qaçan kişi görəndə qorxu keçirən qadınlara barmaqlarını bükməyi təklif edib.

 

Müdafiə vasitələri və ya bibər qazı flakonu olmadan avtomobilə getmək qorxusu, avtomobildə olan arxa oturacağın mütləq yoxlanılması və dərhal qapıların kilidlənməsi sadalanan qadın gerçəklərindən olub.

 

“Əgər səni, dostlarını narkotikə aludə ediblərsə, izlənibsinizsə, barmağınızı bükün”, -deyə o, bildirib.

Qadın istifadəçilər onun paylaşımına yazdıqları şərhlərdə demək olar ki, bütün barmaqlarını bükdüklərini etiraf ediblər.

 

Həmçinin sosial şəbəkənin digər istifadəçiləri də oxşar videoları hazırlayıblar.

 

Biggers kişilərə nifrət etmədiyini vurğulayıb. O bu videonu qadın reallığını nümayiş etdirmək üçün hazırladığını deyib.

 

Kişilər üçün qadınların bu reallığı sürpriz olub. 

 

“Bu həqiqəti öyrənmək ağrılıdır və kədərləndirir. Həm də də əsəbiləşirəm. Mən çox, çox, çox təəssüf edirəm. Qadınların mənim kimi yaşamadığını başa düşməyim üçün 40 il lazım oldu”, - deyə istifadəçilərdən @quiet_lee yazıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

VAR OLMAQ İSTƏYİRİKSƏ...

Qardaşlığın daha bir nümunəsi

DİM bugünkü buraxılış imtahanları ilə bağlı məlumat yaydı

İlham Əliyev hərbçiləri təltif etdi - SİYAHI

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - SOS

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Elə indidən başlayın...

Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI