Prezident beynəlxalq tədbirdə Ramil Səfərovla bağlı qərardan danışdı

06:48 19-06-2020 | icon 2191 | Gündəm
Prezident beynəlxalq tədbirdə Ramil Səfərovla bağlı qərardan danışdı

“Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Bunu açıq-aydın sübut edən bir neçə məqamı diqqətinizə çatdırırıq. Birincisi, Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü işlədir”.

 

Versus.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində çıxışı zamanı bildirib.

 


Dövlət başçısı daha sonra bildirib:

“Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.



Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana esktradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittihamı edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.



Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq əslində əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.



Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil.



Ən maraqlı və gülüş doğuran məqamlardan biri də tədbirə Paşinyanın qoruyucu maska ilə qatılması idi. Qeyd edək ki, Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər deyir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac yoxdur. Bu halda Paşinyanın maska taxmasına nə ehtiyac var idi, həm də kamera qarşısında?! Kadrlardan da göründüyü kimi, Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım deyil. Deməli, bu, Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir” .

Xəbər lenti

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

"Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir"

Deputat Prezidentin müsahibəsində Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan YAZDI

“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

"Dövlət siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır"

Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

44 yaşlı Şarliz Teronun rolunu gənc aktrisaya verdilər

Əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə - FOTO

Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO

“Qalatasaray” çempionluq şansını itirdi

Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

21 ölü - ANBAAN VİDEO

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı