Kimlər gündə neçə dilim çörək yeməlidir?

07:43 19-06-2020 | icon 447 | Sağlamlıq
Kimlər gündə neçə dilim çörək yeməlidir?

Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir . Ümumiyyətlə son illərdə çörəyin sağlamlığa təsirini mütəxəssislər də tez-tez gündəmə gətirir. Hətta sağlam həyat tərzinin əsas şərtləri arasında ağ undan bişirilmiş çörəkdən və karbohidrat məhsullarından imtina birinci yerdə dayanır.

 
 
 
Versus.Az publika.az-a istinadən xəbər verir ki, endokrinoloq, tanınmış professor Abdülkadir Ömər “Hansı çörək sağlamlığımız üçün zərərsizdir və gündə nə qədər çörək yeyilməlidir” sualına cavab verib.
 
 
 
"Cəmiyyətdə belə bir inanc formalaşıb ki, çörək sayəsində daha tez doyuruq. Lakin yadda saxlamaq lazımdır ki, orqanik, kimyəvi maddələrə məruz qalmayan və genetikası dəyişdirilməmiş dənli bitkilərdən əldə edilən undan bişirilən çörək daha tez doymağa kömək edir.
 
 
Tam taxıldan hazırlanan çörəkdəki liflər mədə və bağırsaq sağlamlığını qoruyur, qəbizliyin qarşısının alınmasına ciddi təsir edir. Bundan əlavə şəkər xəstələrinin qanda şəkər miqdarının yavaş yüksəlməsinə və xolesterinin nəzarətdə saxlanılmasına yardım edir.
 
 
Təbii çörək hansıdır?
 
Kimyəvi maddələrlə ağardılmamış undan bişən çörək faydalıdır. Məsələn, çovdar, yulaf və buğda unu keçərlidir. Rəfinə edilmiş unun digərləri ilə müqayisədə qida dəyəri fərqlidir. Odur ki, cəmiyyətdə təbii undan hazırlanan çörək məhsulları təbliğ olunmalıdır.
 
Sözsüz ki, orqanik çörək yerinə, rəfinə edilmiş un, yüksək miqdarda şəkər və yağlar ehtiva edən karbohidrat məhsulları zərərlidir. Rəfinə edilmiş undan hazırlanmış və yüksək miqdarda yağ əlavə edilmiş tortlar, digər şirniyyatlar təhlükəlidir. Bu qidaların kalori dəyəri olduqca yüksək olduğundan köklük və piylənmə başda olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər.
 
 
Gündə neçə dilim çörək yeyilməlidir?
 
- Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Gənc inşaat işçisi ilə artıq çəkili insanın və ya yaşlı diabetli xəstənin çörək norması əlbəttə fərqli olacaq.
 
 
Ciddi xəstəliyiniz yoxdursa və ya aktiv həyat tərziniz varsa, orqanik çörəkdən hər yeməkdə ehtiyacınız olan qədər istifadə edə bilərsiniz. Ancaq diabet, ürək, piylənmə və yüksək təzyiq kimi xəstəliklər olduqda, hər yeməkdə bir dilim çörəklə məhdudlaşmağı öyrənməlisiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Hafiz Hacıyev danışanda Fəzail Ağamalı və digərləri harda idi?!” - MÜSAHİBƏ /FOTO/

İspaniya klubu baş məşqçi və idman direktorunu qovdu

NATO Əfqanıstanla bağlı Rusiyaya çağırış etdi

ABŞ Türkiyədən “S-400” ləri ala bilər

Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi - VİDEO

Azərbaycan idmançısına 144 aylıq cəza verildi

Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

Futbolçular himni dizi üstə və göz yaşları ilə dinlədi - VİDEO

ZİYALI AXTARANLARA - ÇAĞIRIŞ

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bu ölkədə koronavirus 9 minə yaxın şəxsi öldürdü

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ