İsraildə niyə Azərbaycan səfirliy açılmır?

08:43 19-06-2020 | icon 137 | Siyasət
İsraildə niyə Azərbaycan səfirliy açılmır?

Fuad Əliyev: "İsraildə səfirliyimizin açılması ölkələrimizin dostluq münasibətlərini möhkəmləndirər"

 

"Son aylarda Ermənistan hakimiyyətinin İsraildə səfirlik açması istiqamətində müəyyən işlər görməsi müşahidə olunur. İsrailin Azərbaycana olan isti münasibətu, hərbi sahədə əməkdaşlığı Ermənistanı qıcıqlandırmaya bilməz. Ona görə Ermənistan İsraildə səfirlik açmaqla Azərbaycan-İsrail əməkdaşlığına mane olmaq istəyir".

 

Versus.Az xəbər verir ki, bunu Ermənistanın İsraildə səfirlik açması ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri qeyd edib ki, baxmayaraq ki, İsrailin Azərbaycanda səfirliyi var, Azərbaycan İsraildə səfirliyinin açılması məsələsini müəyyən səbəblərə görə uzadır:

"Azərbaycanın İsraildə səfirliyinin açılmaması diplomatik qaydalara zidddir. Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Avivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədirlər. Bu da İsrail-Ermənistan əməkdaşlığının möhkəmlənməsinə gətirib çıxardacaq".

 

Fuad Əliyev hesab edir ki, dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrail bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycanın İsraillə böyük strateji əlaqələr qurduğunu vurğulayan ALDP sədrinin fikrincə, bu əlaqələri və digər məsələləri nəzərə alaraq, İsraildə səfirliyin açılması düzgün addım olardı:

"Bu gecikmiş addımın indi atılmasının vaxtıdır. İsrail prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanlandığı məktub da səfirliyin açılmasına təkan verə bilər. Məktubda İsrail prezidenti qeyd edib ki, gələn il Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. Və bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyinin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyimizin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR