Deputat mədəniyyət sahəsi ilə bağlı problemlərdən danışdı - VİDEO

13:35 19-06-2020 | icon 103 | Siyasət
Deputat mədəniyyət sahəsi ilə bağlı problemlərdən danışdı - VİDEO

Qənirə Paşayeva: “Qarabağ həqiqətləri mövzusunda Kann festivalına təqdim edə biləcəyimiz film hazırlamaq barədə düşünməliyik”

 

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun lahiyəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva eyni zamanda bir sıra vacib təkliflərlə də çıxış edib.


O, ölkəmizin ən qədim tarixi abidələrindən olan, Tovuz rayonunda yerləşən Göytəpə qədim yaşayış məskəni ilə bağlı çağırış edib:

Prezident İlham Əliyevin Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan millət vəkili müvafiq qurumları bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirməyə çağırıb. O bildirib ki, işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir.


Xanım Paşayeva Tovuz rayonunda yerləşən Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi və Tarix Diyarşünaslıq Muzeyində yaşanan işıq problemi barədə də danışıb:

“Mədəniyyət sahəsində obyektlər təhvil verilərkən tam hazır şəkildə verilməlidir və buna nəzarət olunmalıdır. Tovuzda Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi tikilib, istifadəyə verildi. İnanırıq ki, bu muzey aşıq sənətinə öz töhvələrini verəcək. Belə gözəl bir muzeyin tikilməsi üçün cənab Prezidentimizə bir daha minnətdarlıq edirik.

Muzey artıq istifadəyə verilib, lakin hələ də elektrik problemi həll olunmayıb. İşıqlandırılmanın olmaması isə muzeyin fəaliyyətinə mənfi təsir göstərir. Eyni problem Tarix Diyarşünaslıq Muzeyində də yaşanır. Bu problemlər qurumlar arasında hələ də öz həllini tapa bilmir.

 

Digər bir problem isə Azərbaycan Kino və Teatrının inkişafı ilə bağlı dövlət proqramının başa çatmasına baxmayaraq, bir sıra vacib məsələlərin öz həllini tapmaması ilə bağlıdır. Hesablama Palatasına rəylər verdiyinə və komitəmiz üçün önəmli təkliflər irəli sürdüyünə görə təşəkkür edirik.

Məsələ ondan ibarətdir ki, ermənilərin Dağlıq Qarabağ problemini təhrif edən və Azərbaycana ciddi ittihamlar səsləndirən filmi Kann festivalına çıxarılıb. Ermənilərin bu əməllərini pisləməklə yanaşı, Qarabağ həqiqətləri mövzusunda Kann festivalına təqdim edə biləcəyimiz film hazırlamaq barədə düşünməliyik. Dövlət tərəfindən kino sahəsinə vəsait ayrılıb, dövlət proqramı həyata keçirilib. Çox böyük məbləğdə vəsaitlər xərclənib. Düşünürük ki, bu vəsaitlər müvafiq nazirlik tərəfindən heç də səmərəli xərclənməyib.

Hörmətli Mehriban xanımın fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur. Mədəniyyət sahəsi cənab Prezidentimiz İlham Əliyevin də ciddi nəzarətində olan sahələrdəndir. Hörmətli Arzu xanım Əliyevanın rəhbərliyi ilə də Azərbaycan tarixi ilə bağlı bir sıra filmlər çəkilib və dünya festivallarına çıxarılıb. Amma hesab edirik ki, mədəniyyət sahəsi ilə bağlı müvafiq nazirliyin və qurumların dövlətin bu istiqamətdə ayırdığı vəsaiti səmərəli xərcləməsinə və dövlət proqramın necə həyata keçirməsinə ciddi nəzarət etmək lazımdır. Çox təəssüf ki, kino və teatrla bağlı proqramların icrasında biz bu səmərəliliyi yetərli səviyyədə görə bilmirik. Hesablama Palatasının bu istiqamətdə irəli sürdüyü təklifləri də yüksək qiymətləndiririk. İnanırıq ki, gələcəkdə kino və teatr sahəsində vəsaitlərin ayrılması və xərclənməsi mexanizmlərində bu təkliflər nəzərə alınacaq.”

 

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR