“Elektron Hökumət” portalında əhaliyə göstərilən xidmətlərin sayı açıqlanıb

12:19 08-06-2018 | icon 155 | Sosial
“Elektron Hökumət” portalında əhaliyə göstərilən xidmətlərin sayı açıqlanıb

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə ötən ay 820 352 müraciət qeydə alınıb.

 

Nazirlikdən Versus.Az-a verilən xəbərə görə, bu göstərici ilə Nazirlik “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ümumilikdə may ayında portal vasitəsilə edilən müraciətlərin ümumilikdə 43%-ni Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid müraciətlər təşkil edib. Son bir ayda “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (366 331 müraciət), “İş yerinə dair arayış” (59 475 müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (46 535 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39 546 müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” (    29 122 müraciət), “Pensiya kalkulyatoru” (27 669 müraciət) və s. kimi e-xidmətlər daha çox maraq dairəsində olub.

 

Bundan başqa, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərdən istifadə olunub.

Hazırda nazirlik tərəfindən əhaliyə 28 adda e-xidmət göstərilir. Həmin e-xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin şəffaf şəkildə təqdim edilməsinə və daha əlçatan olmasına, bu sahələrdə məmur-vətəndaş təmasının minimal səviyyəyə enməsinə imkan verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS