Valideyn “Dünya” məktəbi ilə bağlı müraciət etdi

15:43 19-06-2020 | icon 1115 | Təhsil
Valideyn “Dünya” məktəbi ilə bağlı müraciət etdi

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin şagirdərindən birinin valideyni Ruhəngiz Göyüşova digər valideynlərə müraciət edib.

 

Versus.az-a daxil olan müraciətdə deyilir:

 

"Bir qrup valideyn tərəfindən sosial şəbəkələrdə yayılmış və hökumət nümayəndələrinə ünvanlanmış məktubla bağlı hiddətimi və narazılığımı bildirmək istəyirəm. Güzəşt məsələsinin müzakirəsinin əvvəlində mən demişdim ki, bunu ictimaiyyətin müzakirəsinə çıxarmaq düzgün deyil. Lakin bir qrup valideyn sona qədər getmək qərarı aldı. Siz nəyə nail olmağa çalışırsınız? 500 manat güzəşt üçün münasibətləri korlamağa dəyərmi? Ən önəmlisi, övladlarınız sizin bu davranışınızdan məmnundurlarmı? Onlar balaca deyillər və hər şeyi çox gözəl görürlər. Siz məktəbin və övladlarınızın təhsili üçün səylə çalışan müəllimlərin yüzlərlə manat dəyərində olan əməyini qiymətləndirdiniz. Bizim məktəb minimal ödəniş müqabilində maksimal nəticə verir. Bakıda bu məbləğə, bu keyfiyyətdə İB təhsili verən məktəb tapa bilərsinizmi? Özəl məktəbin öz qaydalarına uyğun işləmək hüququ var və narazı valideynlər övladlarını məktəbdən çıxara bilərlər.

 

Məktəblə heç bir əlaqəm yoxdur, mən də sizin kimi valideynəm. Ancaq bəzi valideynlərdən fərqli olaraq müsbət tərəfləri görə bilirəm. Mən məktəbi dəstəkləyən valideynlərdən xahiş edirəm ki, öz razılıqlarını mənə ünvanlasınlar və biz məktəbimizin bütün üstünlüklərini, eyni zamanda, keyfiyyətini göstərən bir məktub yazaraq, müəllimlərimizə və məktəb rəhbərliyinə dəstək olaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Masallı və Biləsuvar rayonlarında Şəhid ailələri və məzarları ziyarət edilib

Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

"“Kütləvi informasiya vasitələri haqqında” qanun YENİLƏNMƏLİDİR"

Daha iki qərar ləğv edildi

Məktəblərlə bağlı gözlənilməz AÇIQLAMA

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının NƏTİCƏLƏRİ

İki başlı uşaq doğuldu - FOTO

Bu gün Milli Musiqi Günüdür

DİM-dən abituriyentlərə XƏBƏRDARLIQ

Şəhadətin mübarək, ŞƏHİDİM

İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Qaraciyər xəstələri və hepatitlər üçün - ÜZÜMLƏ DETOKS

Müəllim şagirdi döyərək öldürdü

Aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO