İlkin tibbi yardımla bağlı  maarifləndirilmə genişləndirilməlidir

08:38 20-06-2020 | icon 115 | Siyasət
İlkin tibbi yardımla bağlı  maarifləndirilmə genişləndirilməlidir

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iyunun 19-da keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında“ Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva eyni zamanda bir sıra vacib təkliflərlə də çıxış edib.

 

Avropa ölkələrində və qardaş Türkiyədə də bu məsələyə çox ciddi nəzarət edildiyini vurğulayan millət vəkilinin sözlərinə görə, avtomobillərdə ilkin tibbi yardım qutusunun olması mütləqdir:

"Çünki araşdırmalar nəticəsində məlum olub ki, avtomobil qəzalarında ilkin tibbi yardım olunduğu halda insan itkisini ciddi şəkildə azaltmaq mümkündür. Ona görə də bu dəyişiklikləri dəstəkləməklə bərabər inanıram ki, maarifləndirmə genişlənəcək və öncəliklə ictimai nəqliyyat növlərində və avtomobillərdə ilkin tibbi yardım qutularının olmasına ciddi nəzarət olunacaq. Mütəxəssislərimizin də bu istiqamətdə önəmli təklifləri var. Onlar hesab edir ki, dəyişikliklərin aparılması çox vacibdir. Amma yaxşı olar ki, məktəblərdə keçirilən “Həyat Bilgisi” dərsi zamanı uşaqlara praktiki olaraq ilkin tibbi yardımın öyrədilməsi məsələsi həyata keçirilsin. Çünki bu ilkin tibbi yardım qutularından necə istifadə olunması, ilkin tibbi yardımın necə göstərilməsi ilə bağlı mətbuat və mediada maarifləndirmə ilə bərabər uşaqların “Həyat Bilgisi” dərslərində də bu məsələ ilə bağlı geniş məlumatlandırılması çox önəmlidir. Hörmətli Təhsil nazirimiz Ceyhun Bayramova da bu məsələ ilə bağlı müraciət göndərəcəyik”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu