Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Məhəmməd Talha Mahmudla VİDEO GÖRÜŞÜ

12:44 20-06-2020 | icon 192 | Siyasət
Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Məhəmməd Talha Mahmudla VİDEO GÖRÜŞÜ

"Əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsi əhəmiyyətlidir"

 

İyunun 19-da Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Senatında ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirib.

 

Versus.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr olduğunu deyən Qənirə Paşayeva vurğulayıb ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan dövlətdir.

 

Millət vəkili qeyd edib ki, hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar əlaqələr çox yüksək səviyyədədir:

"Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, biz bu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq".

 

Görüşdə bildirildi ki, ümummilli lider Heydər Əliyevin başladığı yolu, Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi beynəlxalq səviyyəli bir sıra onlayn görüşlərdə COVİD-19-la mübarizəyə xüsusi diqqət yetirir.

 

Qənirə Paşayeva 2015-ci il 11 fevral tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini qeyd edib.

 

Görüşdə deputat eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışıb:

"Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Deputat Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib".

 

Pakistan İslam Respublikası Parlamentinin Senatının ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi Məhəmməd Talha Mahmud görüşə görə minnətdarlığını bildirib. O, Parlamentlərarası əlaqələrin inkişafı, neft-qaz hasilatı, enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydalarından söz açıb. Siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunuduğu deyib. Pakistan-Azərbaycan ələqələrinin inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. O, video-görüşdə əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Məhəmməd Talha Mahmud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, video-görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Ceyhun Məmmədov, Eldəniz Səlimov, Ülviyyə Həmzəyeva, Azər Badamov, Bəhruz Məhərrəmov, Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Məhdudiyyətli insanların həyatı dövlət qurumlarını düşündürmürsə, o zaman...” - MÜSAHİBƏ

VAR OLMAQ İSTƏYİRİKSƏ...

Qardaşlığın daha bir nümunəsi

DİM bugünkü buraxılış imtahanları ilə bağlı məlumat yaydı

İlham Əliyev hərbçiləri təltif etdi - SİYAHI

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Türkiyə və Azərbaycan arasında uçuşlar başlayır - Tarix açıqlandı

“Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”

Virus haqda o qədər bilgi əldə etmişəm ki...

İş adamı xaricə çıxarılan sərvətin siyahısını yaydı - SOS

Ermənistan atəşkəs rejimini 32 dəfə pozdu

“...Moskvanın təşəbbüsü ilə formalaşan təşkilat dağılır”

Ermənilərin yeni Qarabağ PLANLARI

Qənirə Paşayevadan tükürpədici ÇAĞIRIŞ

Pakistan koronavirusa görə Türkiyəni geridə qoydu