"Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər"

18:26 20-06-2020 | icon 212 | Geopolitika
"Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər"

Elxan Şahinoğlu: Hazırki vəziyyətdə Ukrayna və Azərbaycan torpaqlarının işğalı Rusiya və Ermənistana baha başa gəlir”

 

Koronavirus müxtəlif dövlətlərlə yanaşı separatçı bölgələrdə də geniş yayılıb. Virus sərhəd tanımır. Misal üçün Ukraynanın işğal olunmuş Donbass bölgəsində virusa yoluxanların sayı hər keçən gün artır. Separatçı bölgədə vurisa yoluxma artım tempinə görə Ukraynanı da qabaqlayır. Məsələ burasındadır ki, Rusiya ilə separartçı bölgə arasında sərhəd yoxdur, gediş-gəliş açıqdır.

 

Versus.Az xəbər verir ki, bu barədə şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

Rusiyanın virusun yayılma miqyasına görə dünya ölkələri arasında üçüncü sırada olduğunu vurğulayan politoloq vurğulayıb ki, Rusiyada hər gün 8-10 min insan virusa yoluxur. Son məlumatlara görə, Rusiyada 500-yə yaxın tibb işçisi virusdan ölüb:

“Rusiyada ən ağır vəziyyət paytaxt Moskvadadır. Buna baxmayaraq, iyunun 24-də Moskvada hərbi parada hazırlıq gedir. Müxtəlif dövlətlərdən qonaqlar iştirak edəcək. Bəzi dövlət başçıları dəvəti qəbul edib Moskvaya gecədəklərini elan etsələr də, hərbi paradda iştirakdan imtina edənlər də az deyil. Səbəbi sadədir. Epidemiyanın geniş yayıldığı Moskvada keçirilən hərbi parad iştirakçılar üçün təhlükə mənbəyinə çevrilə bilər. Bu azmış kimi, Rusiya oxşar paradı işğal altındakı Luqansk, Donetsk, Simferopol, Sevastopol və Kerç şəhərlərindən keçirməyi də planlaşdırır”.

 

Dağlıq Qarabağda da virusa yoluxanların sayının artdığını qeyd edən E.Şahinoğlu vurğuladı ki, separatçıların Ermənistanla gediş-gəlişi kəsməsi də problemi həll etmədi. Çünki, virus artıq Ermənistandan Dağlıq Qarabağa keçib:

“Donbass və Dağlıq Qarabağ separatçıları virusla mübarizə aparmaqda acizdirlər, profilaktik tədbirləri həyata keçirmək çətindir. Rusiya və Ermənistan özləri hazırki ağır vəziyyətlə çarpışırlar, onların dəstək verdikləri separatçıları vurisun caynağından qurtaracağı mümkün görünmür. Hazırki vəziyyətdə Ukrayna və Azərbaycan torpaqlarının işğalı Rusiya və Ermənistana baha başa gəlir”.

  

Azərbaycan və Ukrayna xarici işlər nazirləri Xələf Xələfovla Vasiliy Bodnar arasında keçirilən növbəti onlayn konfransa da toxunan politoloq qeyd edib ki, diplomatlar iki ölkə arasındakı əlaqələri və virusla mübarizədə yardımlaşmanı müzakirə etdilər:

“Nazir müavinləri ayrıca, ərazi bütövlüyü məsələsində Ukrayna ilə Azərbaycanın bir-birinə dəstəyini bir daha təsdiq etdilər. Yeri gəlmişkən, Ukrayna Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən son “prezident seçkisini” sərt tənqid edən bəyanat da yayınlamışdı. Həmin bənayatda rəsmi Kiyev işğal və etnik təmizləmə fonunda qondarma seçkinin nəticələrini tanımadığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri