"Bəzi redaksiyalar var ki, mövcud deyillər, amma vəsiqə paylayırlar"

13:15 20-06-2020 | icon 332 | KİV
"Bəzi redaksiyalar var ki, mövcud deyillər, amma vəsiqə paylayırlar"

Müşfiq Ələsgərli: "Bu qərar müəyyən mənada jurnalistlərin özləri üçün də faydalıdır"

 

“Keçən dəfə də belə bir qərar qəbul olunmuşdu. Sonra Mətbuat Şurası danışıqlar apardı və məsələni yoluna qoymaq mümkün oldu. Bu dəfə də məsələ gündəmdədir və Mətbuat Şurasının sədri əlaqə saxlayıb danışıqlar aparır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

 

O, Operativ Qərargahın jurnalistlərlə bağlı qəbul etdiyi qərarın əslində onlar üçün faydalı olduğunu bildirib:

“Operativ Qərargah tərəfindən kütləvi informasiya vasitələrinin fəaliyyətinə ümumilikdə icazə verilib. Kimlərinki sənədləri qaydasındadı qərargahın saytında qeydiyyatdan keçərək işinə davam edir. Bu, birinci dəfə də belə olmuşdu. Vəziyyət sərbəst fəaliyyət göstərən jurnalistlər üçün çətinləşir. Keçən dəfə də belə bir qərar qəbul olunmuşdu. Sonra Mətbuat Şurası danışıqlar apardı və məsələni yoluna qoymaq mümkün oldu. Bu dəfə də məsələ gündəmdədir və Mətbuat Şurasının sədri əlaqə saxlayıb danışıqlar aparır. Əgər bir yenilik olarsa, məlumat veriləcək".

 

M.Ələsgərli qeyd edib ki, burda hüquq və ya qanun pozuntusundan söhbət gedə bilməz. Belə ki sənədləri qaydasında olan KİV nümayəndələrinin fəaliyyətinə icazə verilib:

"Əslində bu, sui-istifadə hallarının qarşısını almaqdan ötrüdür. Bilirsiniz ki, bu sahədə müəyyən saxtakarlıqlar var. Bəzi redaksiyalar var ki, ümumiyyətlə, özləri mövcud deyil, amma onlarla adama vəsiqə paylayırlar. Dırnağarası KİV-ləri bu fürsətdən istifadə edərək problemlər yaradırdılar. Yəni bu hal onun qarşısını almaqdan ötrüdür. Əslində müəyyən mexanizmlərin tətbiq olunması lazımdır ki, real çalışanlarla, çalışmayanlar arasında fərq bilinsin. Bu qərar müəyyən mənada jurnalistlərin özləri üçün də faydalıdır. Rəhbərlik əməkdaşıyla müqavilə bağlamalıdır ki, o, sərbəst işləyə bilsin”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov 21 iyundan 5 iyula kimi karantin rejimi müddətində jurnalistlərin vəsiqəylə hərəkət edə bilməyəcəklərini açıqlayıb.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu