Süründürülür, aşağılanır, eynən...

14:54 21-06-2020 | icon 1055 | Kürsü
Süründürülür, aşağılanır, eynən...

Qarabağı geri almasaq, hələ itiriləcək çox torpaqlarımız olacaq

İQBAL AĞAZADƏ
/Ümid Partiyasının sdəri/

 

21 iyun 1806-cı ildə dəmirqapı Dərbənd Rusiya tərəfindən ilhaq edilib... İndi o torpaqlarda Azərbaycan vətəndaşları yerlə süründürülür, aşağılanır, eynən işğal olunmuş digər torpaqlarımızda olduğu kimi...

 

Ondan düz 70 il əvvəl isə Borçalını itirmişdik.

 

1828-ci ildə Araz çayından cənubda yerləşən Azərbaycan torpaqlarını (Güney Azərbaycan) itirdik.

 

Daha sonra İrəvan, Göyçə, Zəngəzuru qoruya bilmədik.

 

Məhz bu torpaqları əlimizdən ala bildikləri üçün Qarabağa da tamah saldılar.

 

Əgər Qarabağı geri almasaq, hər kəs əmin olsun ki, hələ itiriləcək çox torpaqlarımız olacaq.

 

Əlindən alınan torpaqlarının bircə qarışını belə geri almayan, ala bilməyən xalqın digər əraziləri niyə işğal olunmasın ki?

 

Qarabağ savaşı Azərbaycan uğrunda son savaş olacaq. Ya torpaqlarımızı işğaldan azad edib itirdiklərimizi geri almağa başlamalıyıq, ya da...

"Ya da" yoxdur...


Mütləq savaşmalıyıq və düşməni torpağımızdan qovmalıyıq.

 

Nə itkilərin miqyasından, nə də hansısa dövlətlərin və beynəlxalq təşkilatların münasibətindən qorxmalıyıq.

 

Borçalıdan, Dərbənddən, Güney Azərbaycandan, İrəvandan, Göyçədən, Zəngəzurdan, Qarabağdan böyük nə itkimiz olacaq ki?..

 

P.S. Mövcud hakimiyyət bu savaşı başlamayacaq, torpaqların işğaldan azad edilməsi üçün aparılan sülh danışıqları isə sadəcə zaman itkisidir. Xalq olaraq toparlanmalıyıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu

Rusiya Səfirliyi ittihamları RƏDD ETDİ

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR