ALDP sədri koronavirusun olmasına inanmayanlara MÜRACİƏT ETDİ

11:52 22-06-2020 | icon 254 | Siyasət
ALDP sədri koronavirusun olmasına inanmayanlara MÜRACİƏT ETDİ

Fuad Əliyev: "Zarafat, ironiya, tibbi maska taxanları ələsalmalar... bəs indi nə baş verir?"

 

Nizam-intizamlı xalq qəbul olunan qaydalara riayət edir. Bu, xüsusən pandemiya dönəmində daha aydın göründü. Məsuliyyətli xalq olan almanlar bu virusun nə dərəcədə təhlükəli olduğunu dərk edərək tətbiq olunan qaydalara riayət etdilər. Qardaş Türkiyədə yanvar ayından tətbiq olunan sərt karantin rejiminə (altı-bazar günləri evdən çıxmaq qadağan idi) uyğun olaraq hər kəs evdə oldu. Mən Amerika və Avropada olan dostlarla yazışıram. Dostlarımın hamısı mənə “ailəni, özünü, ətrafını qoru” yazırlar. Ona görə yox ki, onların yaxınları bu virusa yoluxub. Ona görə ki, dostlarım bu virusun ağır fəsadlar veridiyini görürlər".

 
 
Versus.Az xəbər verir ki, bunu koronavirusdan qorunmaqla bağlı xəbərdarlıqlara insanlarımız tərəfindən məhəl qoyulmamasını qınayan Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.
 
 
Partiya sədri “evdəqal” kampaniyası başlanan gündən vətəndaşlardan tətbiq olunan qaydalara riayət etməyə xahiş etdiyini, ALDP olaraq maarifləndirici video-çarxlar hazırladıqlarını vurğulayaraq, məqsədlərinin insanların karantin rejiminə əməl etməsinə nail olmaq olduğunu bildirib:
 
"Karantin rejimin yumşaldılmasının da hələ tez olduğunu demişdimı. Yumşalmadan sonra da vətəndaşlara müraciətlərimizi davam etdirdik. Dedik ki, tibbi maskadan istifadə etsinlər və sosial məsafə saxlasınlar. Bunlara əməl edilsə, virusa qalib gələ bilərik. Karantin rejimi başlayanda hamı bir birindən soruşurdu ki, - “virus var, göstər, görüm kim tutulub?” Zarafat, ironiya, bəziləri isə tibbi maska taxanları ələ salırdılar. İndi nə baş verir? Hər gün 600-ə yaxın yoluxan!"
 
 
Bu gün isə artıq demək olar ki, hər gün kiminsə anasının, ailəsinin virusa yoluxması, virusdan ölməsi xəbərlərinin eşidilməkdə olduğunu deyən F.Əliyev koronavirusun olmasına inanmayanlara müraciət edib:
 
"İnanmayanlara müraciət edirəm - bunu istəyirdiniz? Siz bir anlıq özünüzü həkimlərin yerinə qoyun! 4 aydan çoxdur ki, öz ailə üzvlərini görmürlər! Allah kömək olsun onlara! 10-dan çox həkim bu virusdan dünyasını dəyişəndə ailə üzvləri yanında olmayıb! Virusdan yoluxanlar hansı əziyyətlər çəkib, hansı şəraiətdə ölüblər. Allah onlara rəhmət eləsin!
 
Artıq xəstəxanalarda yer olmadığına görə koronavirus xəstələri də qəbul etmirlər, deyirlər ev şəraitində müalicə olunun. İndi nə bilirsiz, ev şəraitində müalicə olunanlar sizin qonşular deyil?"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu