"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq"

14:00 08-06-2018 | icon 160 | Geopolitika
"Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı çıxacaq"

 Versus.Az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.

 

Jurnalist bir çox siyasi şərhçilərin Bakının müşahidəçi statusu almaq üçün təşkilata ərizə ilə mürəciət edə biləcəyi ehtimalını irəli sürdüyünü söyləyib və belə olacağı təqdirdə Ermənistanın hansı mövqe tutacağını öyrənməyə çalışıb.

 

“Azərbaycan Ermənistanı bloklayan ölkədir. Ermənistana qarşı birtərəfli ölçülər qəbul edir” deyə Mnatsakanyan cavab verib.

Jurnalist erməni diplomatın daha aydın cavab verməsini istəyib. “Azərbaycan Birliyə qoşulmaq istəsə Ermənistan “Biz əleyhinəyik” deyəcək?”,- jurnalist soruşub.

 

“Siz artıq bu sualda Ermənistanın mövqeyini ortaya qoydunuz” deyə erməni nazir cavab verib.

 

Qeyd edək ki, AİB 2015-ci ilin yanvarın 1-də Gömrük Birliyi və Vahid İqtisadi Məkan bazasında yaradılıb. Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan AİB-ə üzvdürlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS